Kişi niyə uşağı olsun istəyir?
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 10:20 13 iyun 2015 tarixində əlavə olunmuşdur

Əlbəttə  müxtəlif  səbəblər  var  ki, öz  kişiliyini  cəmiyyətdə  təsdiq  etmək, status  sahibi olmaq, özünü  çoxaltmaq, kopyalamaq, oğlan  uşağı  "ailə çəpəri"dir, dayaqdır, falan-filan.

Məncə  bunun  iki psixoloji  səbəbi  var:

-Kişi  daha  çox  bioloji  heyvan olduğundan, daim  seks  maniyası altında  həyatı  keçdiyindən  bir insan  olaraq  mənəvi  bir şeyə  ehtiyac  duyur. Bu  övladdır  ki, uşaq  kişi  xeylağında  mənəviyyat yaradır, seksual  hissini azaldır, məsuliyyətli adama  çevirir. 

-Uşaq bir  də  kişi  ona  görə  lazımdır  ki, qadını  itaətdə,  özünə  bağlı  saxlasın. Qadın  üçün  uşaq  hər  şey  olduğundan  kişi  qadını  ailəyə  və  özünə  daha çox  bağlamaq  üçün  uşaq  istəyir. Bilir ki, uşaq  ailə  bağlarını  möhkəmləndirir. Qadının  zəif  yeridir. Hardasa  kişi  görə  uşaq  qadın  üçün tələdir. 

P.S. Bir  də  ki, uşağın  mövcudluğu da  xəyanətə  əngəl deyil. Kişi  üçün  başqa  qadın həmişə  var, xəyanət  etməyən kişi demək olar  ki, yoxdur, ən yaxşıları  belə  bir  gün xəyanət  edir. Amma  qadın xəyanəti  məsələsi belədir  ki, əgər  bir  qadında  qadınlıq   hissləri  analıq  hisslərindən  güclüdürsə, o xəyanət  edir. Əgər  analıq  hissi  qadınlıq  duyğularından  güclüdürsə, ona  xəyanət  edilir. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0303 saniye