Kişi oğurluq edər...
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 18:01 26 yanvar 2014 tarixində əlavə olunmuşdur

 Bəli, kişi oğurluq edər.Əgər oğurluq etmirsə kişi sayılmırmış.Bu da bizim cinayətkarımız.Cahillikdən, savadsızlıqdan, siqaret çəkməkdən, damara işləməkdən beyni qurumuş bir cinayətkar.

 Müstəntiqin və milyonlarca insanın qarşısında utanmadan, qururla "neyləyək bəs, kişi oğurluq edər də nə var ki, bunda???" söyləyir.Görünür, ölkəmizdə jurnalistlərdən başqa hamıya söz azadlığı verilib.Bir neçə həftə öncə yazdığım yazıda söylədiyim kimi, həbsxanalarda məhbuslara lüks şərait yaradılır ki, bunlar çıxan kimi yeni bir cinayət törədib yenidən girirlər dildə "dam" deyilən gerçəkdə lüks olan həbsxanalara.Utanmadan, çəkinmədən oğurluğu sənət, özlərini  isə kişi adlandırırlar.

Ey cahil, kişilik daş atmaqdan, çəkic vurmaqdan əli suluq,qabar bağlamış,sement daşımaqdan çiyinləri yanıb köz olmuş şəxslərə deyilir.Alın təri, halal zəhməti ilə çörəyini daşdan çıxaranlara deyilir, min bir əziyyət çəkib oxuyan, zəkası sayəsində dağın yamacından kişilik zirvəsinə pillə-pillə, addım-addım qalxanlara deyilir.Sənin kimi hazır çörək axtaranlara bu adın verilməsi onlara haqsızlıqdır.

  Bir də ifadə verib otağı tərk edərkən utanmazcasına dişlərini ağardıb  dostlarına salam göndərən gənc cahil cinayətkar oğrularımız da var.Yaşıdları Tərtərdə,Ağdamda və daha neçə cəbhə bölgəsində düşmən gülləsinə sinə gərir, şəhid adı qazanır, bunlarsa, minlikləri kiminsə cibinə doldurub saxta sənədlərlə xəstə adı ilə hərbi xidmətdən yayınıb ortalıqda dolaşıb kimlərinsə çörəyinə göz dikir, yuxusuz qalıb plan hazırlayır ki, haranı, nece soymaq lazımdır.

Kişilik adı fikrimcə cinsə görə verilməməlidir kişi cinsinə mənsub olanlara.Ona qalsa, o qədər kişi görünümlü olub da kişi olmayan "kişilər" var ki...


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0193 saniye