Kişilər nə üçün qalstuk taxırlar?
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:04 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

Aksesuarlardan əlavə üzərimizdəki hər geyimin bir funksiyası var. Yaxşı, qalstukun boğazı sıxmaktan başqa funksiyası nədir? Bu, iki yaxanı bir araya getirməkdirsə düymə o işi görür. Burada düymələri bağladıqdan sonra məqsəd geyimimizi gözəlləşdirmək, rəngləndirməkdirsə, bəs, qadınlar niyə qalstuk taxmırlar? Bir də ki, qalstuk sevər bir millət olmadığımız açıq-aşkardır, amma fakt ondan ibarətdir ki, qalstukun meydana gəlməyində bizim millətin də rolu böyükdür.

1660-cı ildə Osmanlı Avstriya ordusuna məğlub olarkən o zamanlar Avstriya-Macarıstan İmperatorluğu sərhədləri içində olan Xorvatiyaya aid bir alay əsgər zəfər qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlər boğazlarına rəngli dəsmallar bağlamışdılar. Bu dəsmallar Romalılar dövründə natiqlərin səs tellərini isti saxlamaq üçün boğazlarına bağladıqları dəsmallara bənzəyirdi. Kral bunu çox bəyəndi və özü də krallıq qalstukları taxan bir alay qurdu. Qalstuk sözü də Xorvat mənasındakı “Croat”tan törədi.

Çok keçmədi ki, bu moda İngiltərəyə də yayıldı. Heç bir centlmen boğazına bir şey bağlamasaydı geyimini tamamlanmış saymırdı. Qalstukdan bir zamanlar o qədər istifadə olunurdu ki, insanlar tam çevrilmədən ətrafa baxa bilmirdilər, amma heç olmasa bir faydası var idi: boyunu qılınc zərbələrindən qoruyurdu.

Qalstuk əsrlər boyunca geyimdəki yerini qoruyub saxladı. Yüzdən çox fərqli bağlanma forması inkişaf etdirildi. Bağlanma şəkilləri haqqında hətta kitablar da yazıldı. 1960-cı illər gəncliyinin nizama baş qaldırması zamanı bir az gözdən düşsə də, 1970-ci illərdən başlayaraq qalstuk məşhurluğunu yenidən bərpa etdi. Təbii ki, müdirlər qalstuk taxdığı üçün işçilərin də başqa seçim şansı yox idi.

Qalstuk kişi qarderobunun ən asan köhnələbilən aksesuarıdır. Qalstukun tez sıradan çıxmasının başlıca səbəblərindən biri, qalstuku açarkən düyünün bir tərəfindən nazik ucu çəkib çıxarmaqla açmaqdır. Halbuki doğru yol belədir: qalstuku bağlayarkən hansı hərəkətləri edirsinizsə, açarkən də tərs sıra ilə eynisini təkrarlamalısınız ki, qalstukunuz uzunömrlü olsun.

Mütəxəssislər tövsiyə edir ki, qalstuku çıxardıqdan sonra iki ucunu birləşdirib iki qat edin, daha sonra bu şəkildə barmağınızın üzərinə bir kəmər kimi dolayın və barmağınızı içindən çəkdikdən sonra qastukun bütün gecə o şəkildə qalmasını təmin edin. Əgər qalstukunuz ipəkdirsə səhər onu dərhal asqıya asmalısınız. Yalnız bu şəkildə o ipək qalstukun içindəki liflər öz orijinallığını qoruya bilər.

Son bir xəbərdarlıq: üzərində ləkə olsa da ipək qalstuklarızı quru təmizləməyə verməyin, deformasiya ola bilərlər. Mümkün olduğu təqdirdə özünüz təmizləməyə çalışın, əgər bir nəticə hasil olmasa, demək qalstuk tamamilə sıradan çıxmışdır, ondan artıq dəsmal kimi istifadə edə bilərsiniz.

baki-baku.az


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
sirlerensiklopediyasi@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye