Qadın kimi davranma!
Qadın olmaq, zatən, başlı-başına çətin ikən kişilərin qadınlara yüklədiyi neqativ fikirlər qadın olmağı daha da çətinləşdirmir mi?
Tony Porter, kişilərin qəlibləşmiş "kişi olmağın qaydaları"ndan qurtulmağı gərəkdiyindən bəhs edərkən öz xatirələrindən nümunələr göstərir. Əslində, rəylər arasında Porteri tənqid edənlər də var. Hər kəsin belə bir gənclik keçirmədiyini söyləyib özlərinə haqq qazandırırlar. Elə, ya da belə, "kişi qutusu" bir gerçəkdir.
Kişi olan ağlamaz, rəqs etməz, sərt olar, qoruyucu olar, futbol izləyər, təmir işlərindən anlayar, yaxşı pul qazanar, qorxmaz, qadın kimi gülməz, ağır olar... Çünki bunları etməzsə, kişilik qutusundan çıxmış olar.
Kişi, qadınsal olan şeyləri normalda həmişə kiçimsəyər, aşağılayar. Hətta bundan küfür, söyüş yaradar. Bu şəkildə qadına olan üstünlüyünü əhatəsinə və özünə isbat edər. Ən pisi isə dövlət və ailə kimi qurumları bunu dəstəkləyər.
Qəribə olan odur ki, bəzi qadınlar belə qadınlığı ilə eyni dərəcədə kiçimsəyər. Yəni kişilərin çörəyinə yağ çəkərlər.
Doğulduğumuz andan etibarən qadınları dışlama, ayrımcılıq etmə səyinə məruz qalırıq. Bunu əngəlləmək üçün kişilərin eyitilməsi şərtdir. Kişinin eyitilməsi üçün də anaların...
Kişilərə açıq və net bir mesaj: Lütfən, kişi qutusundan çıxın!
Müəllif: Tony Porter
Çevirdi: Aysel Abdullazadə