Kitab və kitab oxumaq haqqında aforizmlər
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 21:33 06 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.

Beyin üçün oxumaq  — bədən üçün idman etmək kimidir.

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)

Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır.

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. (Frensis Bekon)

Unutmayın: siz özünüzü nə hesab etdiyinizi oxuduqlarınız müəyyən edir.

Kitablara etibar et, onlar ən yaxındırlar. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. (Ernest Heminquey)


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.022 saniye