Kitablar ölümə gedir...
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 18:25 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Son zamanlarda gənclərin kitab oxuma vərdişlərindən uzaqlaşaraq virtual aləmi vərdiş halına gətirdiyini ifadə edərək, toplumun mədəniyyətindən uzaqlaşmasının səbəbini kitab oxumamaqla əlaqələndiririk. Kitab oxuma vərdişi cəmiyyətdə çox zəifdir. Yəqin bunun səbəbləri də son zamanlarda internet, telefonlar, virtual aləmdə insanların boşa vaxt itirməsidir. Millətlər hazırda kitab oxumağı çoxaldarkən, bizdə isə tam tərsinədir. Kitablar ölümə doğru gedir…

Kitab, kitabdan oxunar!
Mobil telefonlar, tabletlər və ya kompüterlərdə oxunan kitabın adama fayda verməyəcəyi qənaətindəyəm. Ən azı kitabdan oxunan qədər fayda sağlamaz. Kitabı kitabdan oxumaq ən doğrusudur. Kitabı üsuluna görə, ədəbinə görə oxumaq lazımdır. Bəlkə, bu şəkildə kitabdan istədiyin faydanı və səmərəni ala bilərsən.

Ailələrdə kitab oxuma proqramları olmalıdır!
Ailə başçıları uşaqlarını kitablara alışdıracaq, özəlliklə də, tətil dövrlərində. Kitab oxumaq sevdiriləcək, insanlara və xüsusilə gənclərə. İnsanların özlərinə, kitab oxuma proqramları etmələri lazımdır. Bu proqram daxilində günlük kitab oxunmağı gərəkir. Bu proqramın ailə fərdləri arasında da tətbiq olunması lazımdır. Əks təqdirdə kitab oxumayan cəmiyyət cahilliyə doğru yuvarlanacaq. Son zamanlarda mobil telefonlar və televiziya insanlarımızı geri aparır. Mədəniyyətdə bir irəliləmə qeyd etmir. Yalnız geriyə doğru bir geriləmə olur.

Sistem, gəncləri virtual aləmə istiqamətləndirir!
Bugünki sistem gəncləri virtual aləmə istiqamətləndirir və bunun üçün alt quruluş hazırlanır. Son zamanlarda tablet və məktəblərdə yazı lövhələri, şagirdlərə verilən tapşırıqlar, kitabdan araşdırılması lazım olarkən, internet üzərindən araşdırılır. Tərbiyəçilər də şagirdləri buna istiqamətləndirir. Kitabdan araşdıran şagird daha çox səmərə alır. Bunların hamısı kitabdan alınan səmərəni təmin etmir. Kitabın xüsusiyyətində insanın aldığı informasiya və mənəvi hava başqadır. "Kitab ən gözəl yoldaşdır” deyə bir söz də var. İndi internet və virtual aləm insanı çox fərqli bir mühitə salıb, cəmiyyətdən uzaqlaşdıraraq tənhalığa sövq edir.

Kitab cəmiyyəti formalaşdırır!
Kitab, insanın dünyaya baxışını dəyişdirə bilir. Allah-Təalanın ilk əmri "oxu”dur. Oxuma və araşdırma ilə əlaqədar bir çox ayə və hədis var. Bunun üzərində israrla dayanılır. İnsan oxusa, öyrənsə, özünü inkişaf etdirə bilər. Sosial həyatdan dad alır. İnsanlar axtarmış olduğu xoşbəxtliyi kitablarda tapa bilərlər. Kitabdan uzaqlaşan toplum, öz mədəniyyətinə yad olan "serialları” izləyir. Bu da, cəmiyyətimiz üçün bir fəlakətdir. Bunun nəticələrini də görürük.

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye