Kitablar
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 21:32 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Kitablar qarın doyuzdurmasa da ruhumu qidalandırır. Bəzən sevimli divanımda uzanaraq dünyaları gəzirəm. Bilirsiz necə? Kitablarla... Kitablar mənim səyahət biletimdir. Hər kitab bir dünya, ayrı bir planetdir. Hər planetin də öz sakinləri, öz əzabları, öz xoşbəxtlikləri, öz duyğuları, problemləri və amalları var.

 Hər planetin, yəni hər kitabın öz yolu var. Çıxdığın yol insanı dəyişər deyiblər. Tamamilə razıyam. Ustadın da dediyi kimi: "Əgər bir kitab məni nə qədər dəyişə bilər deyirsənsə, əlindəki kitaba bax. O da bir zamanlar bir odun idi"

 Hərə kitabı bir məqsəd üçün oxuyur. Kimisi dünyaları kitabların üzərində qurduğu üçün, kimisi məcburiyyətdən, kimisi gözə girmək üçün...

Kimisi də insanlardan iyrənib kitablara sığınır.

 Özünü gözə soxmaq üçün kitab oxuyanları qınamıram. Məsələn hər hansı küçədə gedən qıza sataşmaq və ya səviyyəsiz hərəkətlərlə gözə girməkdənsə, kitab oxuyaraq diqqət mərkəzi olmaq daha yaxşıdır. Ən azından arxanca gedən insanların beyni qoz boyda olmayacaq...


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0208 saniye