Gecələr! Sirli gecələr...
Toğrul üzgün halı ilə maşını idarə edərək beynində nələrisə götür-qoy edirdi. Qurumuş dodaqlarını dilinin ucu ilə isladaraq zorla udqunurdu. 38 yaşlı kifayət qədər tanınmış aktyorun bu halına şahid edənlər onu tanımaqda çətinlik çəkirdilər. Yəni, qızların və qadınların sevimlisi olan yaraşıqlı adam budur?! Nə baş verib axı?! Gözəl simasını bürüməyə başlayan saqqal, çuxura düşən gözlər, “ideal bədən quruluşu”nun arıqlaması, açıq-aydın sezilən yorğunluq, anlaşılmaz günah sahibi. Sirr nədə idi?! Hələ ki müəmma!!!
Son xəbərlərə görə 7 illik evlilik bitdikdən qısa müddət sonra ağır maşın qəzası keçirtmişdi. Sükanı sərxoş halda idarə etməsi suallara səbəb oldusa, cavablar sıfırdan nə yuxarı qalxdı, nə də aşağı endi. Karyerasının ən parlaq nöqtəsindən olan Toğrul Əlibəyli qeybə çəkilməyə qərar verdi. Özü yaddaşlardan silinmək istəyirdi. Bəlkə güvəndiyi dostu olsaydı, içindəkiləri tökərdi. Amma heyhat!!!
Maşını kənara sürüb saxlatdırdı. Arxaya söykənib gözlərini qapatdı. Ağır nəfəs alıb vermə prosesi başlandı.
Yaxınlıqda yerləşən bara daxil olaraq ətrafa nəzər saldı. Əyləşib barmen qıza sərt içki sifariş etdi. Kare saç üslubu olan sarışın qız bu adama qəribə tərzdə baxa-baxa sifarişini yeriə yetirdi. Beynində peyda olan suallar varlığını didib parçalamağa hazır idi.
Qarşıdakı qədəhə baxan Toğrulun gözləri doldu. Əlini uzadarkən keçmişi vərəqləndi gözləri önündə...
...19 yaşını qeyd edirdi. 12 yaşındakı ögey qardaşı Turalı da götürüb atasının ona hədiyyə etdiyi maşınla səyahətə çıxdı. Yol boyu deyib güldülər. Anası hələ 6 yaşında ikən xərçəngdən dünyasını dəyişmişdi. Atasının ikinci evliliyi müsbət nəticələnmişdi. Ögey anası Torğulu öz balasından ayırmamışdı. Xoşbəxt ailə tablosunu özü darmadağın etdi. Diqqətsizlik ucbatından qarşıda gələn maşını gec görən Toğrul kəskin sürətlə maşını kənara sürməyə cəhd edişi ilə qəza törətdi. Turalın ölüm qabağı onun gözlərinə baxaraq sevdiyini söyləməsi ilə tamamilə məhv olan Toğrul atası ilə ögey anasının ona güclə dözməsini fərq edərək yaşadığı kiçik şəhəri ədəbi tərk etdi...
“Bağışla məni, balaca qardaşım, bağışla. Səninlə birgə ölmədiyim üçün bağışla məni...”. Qədəhi boşaltdı.Yanağındakı 2 damcı istiliyi hiss edərək əlinin tərsi ilə quruladı. Hesabı ödəyib məkandan çıxarkən qarşısını həddən artıq qısa və dərin dekolteli qırmızı don geyinmiş gözəlçə kəsdi. Başını bulayıb keçmək istəyərkən gözəlçə əlini onun sinəsinə qoyub dayandırdı və diqqətlə gözlərinə zilləndi. Şübhələnmişdi bu adamdan.
-Sən...?!
-Xanım qız, üzrlü sayın, getməliyəm,-deyə kobudcasına sinəsindəki əli kənara itələyib çıxışa doğrulandı.
Elə gecəni maşında keçirtdi...
Səhərisi gün köşklərin birindən qəzet alıb gözdən keçirtməyə başladı. Vaxtilə izləmə rekordları qıran serialda tərəf müqabili olan aktrisa Sara Osmanovadan alınan müsahibəni oxuya-oxuya açıq kafelərin birində qəlyanaltı etdi. Təkrar sükan idarəçiliyini əlinə alıb sürməyə başladı. Və uzaqdan görünən uşaq xəstəxanası...
...Sara evdə əyləşib qadın jurnallarını vərəqləyirdi ki, zəngin səsindən diksinib qaldı. Təəccüb içində dəhlizə yönəldi. Axı o, bugün tam sərbəstdir. Heç kimi gözləmir. Hm, maraqlıdır! Gözlükdən baxarkən bir az key kimi oldu. Naməlum tip.
-Kimdir?!
-Sara, mənəm Toğrul.
Artıq 10-15 dəqiqə olardı ki, Toğrul qonaq qismində Saranın evində əyləşərək onunla öhbətə girişmişdi.Sara gprdüklərindən əlavə eşitdiklərinə də inanmaqda zorlanırdı.
-Kirayə? Yəni sən...? Bura bax, Torğul, heç nə anlamıram. Axı nə olub?
-Heç nə soruşma!-sərt şəkildə bildirdi.
Artıq bir həftədən bir az artıq olar ki, Torğul Saranın kirayə verdiyi evdə yaşamasını sürdürürdü. Sara şübhələrinə son qoymaq istədiyi üçün günlərin birində maşınla 1 mərtəbəli bağ evindən bir az uzaqda dayanaraq onu izləyirdi. Səhər evdən idman çantası ilə çıxan Toğrul maşını uşaq xəstəxanasına sürdürüb saxlatdırdı. Sara onun çanta ilə maşından düşüb xəstəxanaya giriş etməsinə şahidlik edərkən beynini bürüyən suallar çoxalırdı.Bir az oturduqdan sonra maşından düşərək xəstəxanaya daxil oldu.
Uşaqların gülüş səsləri. İşçilərin birindən bu səslə bağlı məlumat aldıqdan sonra oraya istiqamətləndi.Qapını açarkən bir klounun xəstə uşaqlara göstərdiyi tamaşa ilə rastlaşdı. Yalnız uşaqlar və kloun vardı. Bir də gözəgörünməz Saranın özü. Sakitcə kənarda dayanıb izləməyə başladı. Klounun səsi Toğrulun səsinə bircə qram da olsun bənzəmirdi. Tamaşa bitdikdən sonra kloun uşaqlara suallar ünvanlayıb cavablar almağa cavabladı. Daha sonra onlara kitab oxumağa başladı. Kitaba az-az baxırdı. Görünürdü ki, əzbərləmişdi. Və birdən kloun çevrilərkən uzaqdan Saranı gördü. Sara hipnozdan ayılmış kimi tələsik qapını açıb çıxmaq istəyirdi ki, kloun onu qarmaqlayıb uşaqların arasında əyləşdirdi. Və beləlikdə Saranın uşaqlarla məcarəsi başlandı. O, uşaqlar üçün “Şahzadə Popkorn” idi.
Hər şey bitdikdən sonra Sara hər nə qədər cəhd etsə də, “Kloun” öz simasını açmadı. Hətta onun gözlərinə nəzər salarkən Toğrul olduğundan əminliyini bildirsə də, ”kloun” öz rolundan kənara çıxmırdı. Öz zarafatları ilə güldürən “kloun” “şahzadə”ni evə qədər yola saldı. Fikirlərdən gecəni yata bilmədi Sara.
Səhərisi gün ona göndərilən böyük paketdəki şahzadə donunu görcək sevindi. Geyinərək ayna qarşısına keçdi. Az sonra zəngin çalınması ilə klounu evinə dəvət etdi.
-Hazırsan, şahzadə?
“Kloun”-“şahzadə” oyunu xəstə uşaqların sevinc mənbəyi oldu. Və Sara artıq Toğrulla “Kloun”unun varlığı ayıra bilmirdi. Bunun sirrinə vaqif olmaq istəsə də, “Kloun” açmamağa qərarlı idi.
Hər şey sonlandıqdan sonra Saranı evinə buraxan “Kloun” ona baxaraq gülümsədi.
-Sən sadəcə möcüzəsən!-öz heyranlığını gizlədə bilməyən Saranın yanaqları islandı.
“Kloun” əlini uzadıb damlaları silmək istəyərkən Sara geriyə addımladı.
-Toxunma!
Sara qapını açıb evinə daxil olmağa başlamışdı ki, eşitdiyi səs onu dayandırmağa məcbur etdi.
-Sara!-Toğrulun səsi idi.
Başındakı pariki və burnundakı topu çıxardıb yerə buraxdı. Cibindən çıxartdığı nəmli salfet paketindən bir salfet alıb üz-gözünü silməyə başladı.
-Yox, Toğrul. Etmə bunu. Lazım deyil.-Səsi titrəyirdi Saranın. Gözləri dolmağa başlamışdı artıq.
Bu-kiçik intihar səhnəsi kimi idi.
Və nəhayət Saraya tanış olan sima.
-Niyə elədin bunu?
-İstədim ki, məni görəsən.
-Axı...niyə?
-Mən insanları məhv edirəm.
-Yox, elə deyil. Mən hələ uşaqların fikrini oxuyan bir adamla rastlaşmamışam.
-Uşaqlar mələkdirlər və onları qorumaq lazımdır. Kaş ki dünyada bütün uşaqları toplayan bir məkan olsaydı. Mən orada onları əyləndirərdim. Və 2 qızımı onların arasında görərək bağrıma basardım.
-Qızlarına nə olub?
-Keçmiş arvadım elə zənn edir ki, mən onlarla cinsi əlaqədə olmuşam.
-Nə?!-Saranın gözləri hədəqəsindən çıxacaq qədər böyüdü.
Toğrulun ayaq üstə durmağa taqəti olmadığından yaşıllığa çökdü. Sara da onun yanında əyləşib əlini Torğulun çiyninə qoydu.
-Axı...
-Amma elə deyil,- Toğrul göz yaşları içində deyib başını əlləri arasına aldı.-Mən özümü öldürərəm, amma heç vaxt elə iyrəncliklərlə məşğul olmaram.
Sara anlaşılmazlıq içində nələrisə götür-qoy etməyə çalışırdı ki, Torğulun telefonu zəng çaldı.
-Alo?! Lalə, nə olub axı?! Nəəəəə?!-dəhşətlə yerindən qalxdı.-Sənin atan?! Yaxşı, yaxşı, sakitləş. Sakitləş deyirəm. Mən taparam.-deyib zəngi sonlandırdı.-Əclaf! Alçaq! Murdar!
Sara birdən hər şeyi başa düşdü. Aman Allah! Uşaqların babası. Bu nə iyrənclikdir?!
-Mən polisə zəng vururam.
-Onları gözləməyə vaxtım yoxdur. Maşının açarlarını mənə verə bilərsən?!
-Mən də gəlirəm,-deyib tələsik evə girib çıxdı.
Sükanın idarəçiliyi Sarada idi.
-Axı belə hadisəni Lalə necə unuda bilərdi?!-Torğul əli ilə alnını əsəbi halda ovxaladı.
-Travma...-Sara qorxudan tamamlaya bilmədi.