2 il olardı qəzet işini buraxıb dayımdan mənə vəsiyyət qalan barı işlətməyə başlamağım.indi isə köhnə iş yerimin qapısının ağzında durub bar işinin həyatımdakı ən böyük səhv olduğunu düşünürəm.Bəlkə də ikinci.Qərar verə bilmirəm ki jurnalistlikdən ayrılmağım mı yoxsa itiylə yol keçən kor adamı vurub qaçmağım mı.O hadisədə də bəxtim gətirmişdi.Kor adam sağ qalsada məncə heçnə görməmişdi , çünki görsəydi polislərin məndən xəbərləri olardı.it isə eşitdim ki yaddaşını itirib.Polisin vurub-qaçanı öyrənə bilməyəcəyini öyrənə biləndə Allaha şükr etdim və nəzir qutusundan pul oğurluyub bunun şərəfinə içməyə getdim.indicə qərar verdim ki işimi atmağım daha pisdi.ilk vaxtlar barda müştəri çox idi ama sonra öz zövqümcə yenidən dizayn edəndə bilinməz səbəblərdən gəlib-gedən azaldı.Bəlkə də yaxınlarda yeni yer açılmışdı ,yəgin ki səbəbi bu idi.Və 2 il sonra zərərə uğradığımı görəndə satmağa qərar verdim.Barı məndən alan adam alverdə təcrübəsiz biri olduğundan qiymətdə ona atdım.Söhbət əsnasında onda sehirli lobya oluğunu öyrəndim və 50000lik qiymətin yerinə 5000 və lobyalarla razılaşmaq istədiyimi bildirdim.Düzdü hələ də sehirli lobyalar böyümüyüb amma biraz da vaxt lazımdı.
Öyrəndiyiviz kimi əlimdə 5000 manat və məni divlər diyarına aparacaq lobyalardan başqa heç nə yoxdu.Bu səbəbdən köhnə peşəmə qayıtmağa qərar vermişəm.Redaksiyadan içəri girəndə oradakılardan ancaq 6 nəfər məni tanıdı.Bu ki təəcccüblüydü.Çünki onlar yeni gələn işçilər idi.Mən onlarla söhbət əsnasında Mehmanın otağında olduğunu öyrəndim və ora irəlilədim.Qapını açıb içəri girdim və Mehmana nəzər saldım.Mehman dəyişilmişdi.70 kilo kökəlmiş , boyu 20 sm balacalaşmışdı.Onunla oturub 20 dəqiqə söhbət etdim və sonra mənə çatdı ki səhv otağa girmişəm.Mehmanın otağını öyrənib ayrıldım.Köhnə dostum məni görüb sarılıb , qucaqlaşıb , öpüşdü.Əslində öpüşmək istəyəndə onu rədd etdim və burda olmaz dedim.Sonra oturduq və söhbətə başladım :
- Mən gedəndən sonra nə yenilik var?
- Qəzeti Yunus adlı bir iş adamı köhnə sahibi Möhkəm müəllimdən alıb.Köhnə adı olan “Möhkəm Press”-in adını dəyişib “Yunus News” qoyub.Eynən sənin barıvı satdığın kimi.Barın haqqında eşidirdim deyirdilər zövqsüzdü zaddı mən də gəldim baxım görüm necədi.
- Nə fikirləşdin?Zövqlü deyil səncə?
- O bara girməzdən əvvəl içməlisən.
- Məncə o qədər də zövqsüz dizayn etməmişəm.Etdiyim biraz yaradıcı fikirləşmək idi.Səncə də etdiyim kreativ deyil?
- Azərbaycanda adının əvvəlində kreativ olan hər bir şey qədər.
- Zövqsüzlükdən söz düşmüşkən yeni müdür köhnələri qovanda səni saxlayıb.Yatıb eləmisən onla?
- Ha ha ha (kinayəli).Yox mən əl bacarığım sayəsində bu işdə qaldım.Və əl bacarığım deyərkən məqalə yazmağı nəzərdə tuturam.
- Qəzet adını dəyişəndən əvvəlki şöhrətini də itirib.Fəhlələr yemək yeyəndə belə o qəzeti yeməyin altına sərmirlər ,o dərəcədə.