Köhnə hisslərin xatirələri
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 20:01 16 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gəl rəqs edək bu yağış altında
Yalnız sən və mən
Üstümüzə düşdükcə damlalar sarılaq bir-birimizə
Üşüməsin bədənlərimiz, bax yenədə gülürəm sən güldükcə
Xoşbəxt olur ruhum, sən sevincə, səni sevdikcə.
Yox olsun dərdlərimiz
Ataq getsin qəmlərimiz uzaqlara
Bir dənizdə bir gəmi iki sərnişin
Aparsın uzaqlara yalnız sən və məni
Qaçaq insanlardan,qaçaq bu şəhərdən
Bu şəhər dərd şəhəri, bu şəhər qəm şəhəri.
Səni xəyal etdikcə mən hərdən
Ruhum tərk etmək istər birdən
Üşümədən tut əlimi soyuqdur buralar
Yağışda bərk yağır artıq
İslatmasın sevgimizi…

 


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0266 saniye