Oxu tək olanın şeirin əsərin,
Ruhunu aydın et, könlünü sərin,
İnan görəcəksən bunun bəhərin,
Ey əziz qardaşım Namaza köklən !
Gəlsə minarədən azanın səsi,
Ürəkdə canlanar bahar həvəsi,
Hamı yada salar o müqəddəsi,
Səndə yadına sal avaza köklən !
Gözəllik səndədir ey gözəl insan,
Üzünə nur bəzə Allahını an.
Odur ki, Adəmi şərəfli sayan,
Səni aydın edən bir yaza köklən!
Şeir yaz çəmədən,düzdən.
Allahın verdiyi işıqlı üzdən.
Gözəllik yağmalı hər cümlə sözdən,
Sazı bas sinənə dur saza köklən !
Sadiqli ürəyin Allahına tut,
İlahi eşq ilə könlünü ovut,
Şeirlə, nəğməylə hər şeyi unut,
Mənalı sözləri yaz, yaza köklən !