Koko Şanelin 7 əsas həyat üsulu
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:47 09 dekabr 2015 tarixində əlavə olunmuşdur

Dünya tarixində öz dərin yerini qoymuş Koko Şanel... Uşaqlıqda atası tərəfindən atılmış bu qız yetimxanada böyüyüb. Bəs o bu şöhrətə və müvəffəqiyyətə necə sahib olub? Koko Şanelin 7 uğur üsulu:

1. Qabriel (Koko) Şanel hər səhər yeni dünyaya gəlmiş kimi oyanardı. HƏMİN GÜN KEÇMIŞINDƏ HEÇ BIR ŞEY BAŞ VERMƏMIŞ KIMI YAŞAYARDI. Onun uşaqlığı və gəncliyi çox sıxıcı və mənasız keçib. Yalnız buna baxmayaraq o yaddaşından bütün bu günləri silə bilirdi. O öz gününü yeni fikirlərlə və gələcək bioqrafiyasını yazmaqla keçirirdi — dünəni yox bugünü və sabahi düşünməklə....

2. Həyatında olan maneələr onu fikrindən ayırmırdı. Düşünürdü ki, MANEƏLƏR ONUN DAHA DA YOLUNU AÇIR. İlk işində o dərzilikdən heç nə bilmirdi. Nəyi necə edəcəyini...... Şanel tam təcrübəsiz idi. İlk dərziliyini kişi cersisi (cersi — toxunma ipək, yun və s. parça və bu parçadan tikilən paltar) üzərində apardı. O tikmirdi və çəkmirdi. Sadəcə parçanı manekenin üzərinə qoyub müəyyən formada kəsirdi. O dövrlərdə qadınların saçlarının uzun olması şərt idi. Birgün Şanelin qaz kolonkasından saçı yanır və uzun saçlarını kəsmək məcburiyyətində qalır. Saçlarının qısa olması onu heç də utandırmır. Və bununla da, 1917-ci ildə dəbə gödək saç fasonları gəlir.

3. ŞANELİN ƏTRAFINDA HƏR INSAN OLA BILMIRDI. Yalnız yaxın dostları onun yanında olurdu. O təsadüfə inanmırdı, buna görə də həyatında təsadüflər az baş verirdi. Dali, Kokto, Pikasso, Dyaqilev, Stravinskiy — onun uşaqlıq dostları idi.

4. Sevgi Kokonun məktəbi idi, sevgililər isə Universiteti. ŞANELİN ÜSTÜNLÜKLƏRINDƏN BIRI DƏ ONUN ƏKS CINSI MARAQLANDIRA BILƏCƏK XARAKTERLƏRININ OLMASI İDİ. Onun aşıqləri çox olub: Böyük knyaz Dmitriy, şair Pyer Reverdi, Pol İrib və.s. At sürməyi, ingilis dilini, ovçuluq etməyi, tennis oynamağı Şanel öz aşiqlərindən öyrənmişdi. Həyatında önəmli şəxs olan Ernest Bo onun «Chanel № 5» ətirini yaratmaqda yardım edir.

5. Koko Şanele qədər qara rəng bədbəxtlik və matəm rəmzi kimi hesab olunurdu. O səbəbsiz geyinilmirdi. Amma Şanel qara rəngin daha qlamurlu və gözəl olduğunu elan etdi. O DÜNYAYA ƏKSƏRIYYƏTIN BAXDIĞI GÖZLƏ BAXMIRDI. Şanelin dəbində qara rəngin öz özəlliyi var. Və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırıb.

6. AZADLIQ ONUN DAXILI, HƏYATININ AKSIOMU İDİ. Eşq həyatında belə o çox azad və sərbəst görünürdü. Gecə gəzmələr, içki, sigar... Ətrafındakılar onun sayəsində dəbdəbəli yaşayırdılar. Şanelin fikrincə, xərcləmək onu utanmaqdan azad edirdi.

7. İNSAN XOŞBƏXT GÖRSƏNƏRSƏ, O GÖZƏLDİR. Xoşbəxtlik onun üzünə çökər və gözəl görsəmiyinə yardımçı olar. 50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, Daima gülümsəyərdi. Kifir qadın yoxdur sadəcə özünə baxmayan qadın var. Bu kəlməni hər bir qadın öndə tutmalıdır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0233 saniye