Kölgə
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:01 14 noyabr 2014 tarixində əlavə olunmuşdur

Maşını yolun kənarına sürüb saxlatdırdı. Söykənib gözlərini bərk-bərk qapatdı. Ağır nəfəs alıb vermə  prosesi başlandı.

Yorulmuşdu. Hər kəsdən və hər şeydən dəhşətli  dərəcədə yorulmuşdu.

Cəmil ölkənin ən öndə gedən şirkətlərindən birində artıq 10 ilə yaxın olardı ki, çalışırdı. 25 yaşına qədər qısamüddətli müxtəlif yerlərdə işləyib pul qazanan Cəmilin nüfuzu hər an daha da yüksəlirdi. Amma güclü rəqibləri olduğundan rəhbərlikdə yer tuta bilməmişdi. Onu gözdən salmaq üçün nələr etmirdilər ki?!

Maşından çıxıb Bakının artıq gecələməyə doğru gedən mənzərəsini izlədi. Yaxınlıqdakı gecə klubuna doğru irəlilədi.

Sərt içki sifariş etdi. Bir qədəh. İki qədəh. Üç qədəh.

Lənət!!! Niyə sərxoş ola bilmir axı?!

Cavan barmen ona baxırdı.

Hesabı soruşdu. Cavab gəldikdə əlini cibinə salaraq 50 manat çıxartdı. Bir xeyli tamaşa etdikdən sonra barmenə uzatdı. Cavan oğlan iri məbləği xırdalamaq üçün istiqamətləndiyində Cəmil hər nə düşünüb götür-qoy etdisə  məkandan ayrıldı.

Əlləri cibində qaranlıq yollarda yürüməyə başladı. Dayanmadan gedirdi.

Qarşısına kimlər çıxmadı?! Fahişələr, narkomanlar, qaraçılar, oğrular, bomjlar...

Canını birtəhər onlardan qurtarıb ayaq saxladı.

Balaca oğlan daş üzərində oturub dizlərini qucaqlayırdı. Geyimindən dilənçi uşaqlardan olduğu açıq-aydın sezilirdi. Üşüyürdü.

Cəmilin bədənini  dəhşətli titrəmə tutdu. Keçib getdikdən sonra pencəyi çıxardıb oğlana doğrulandı. Uşaq böyük gözlərlə ona baxdı. Əyilib dizlərinə dirsəklənən Cəmil nəfəsini tutub bir xeyli bu gözlərə kilidləndi. Uşaq isə yad adamdan qorxurdu.

Ayaq qalxıb uzaqlaşmağa başladı. Pencəyi isə oğlan uşağını soyuqdan qoruyurdu. Səsə diksinib geriyə çevrildi. Uşaq ona təşəkkür edirdi. Artıq o gözlərdəki qorxu yoxa çıxaraq yerini sevincə buraxmışdı. Təbəssüm buraxdı.

Xəzər dənizinin noyabr gecəsi. Köynəyin qollarını dirsəyə qədər qatlayaraq sakit tempdə addımlarını atırdı. Soyuq deyildi ona. Külək üzünə əsdikcə sanki rahatlayırdı. Axırda daş üzərində əyləşməyə qərar verdi. Qıvrım saçlarını barmaqları ilə qarışdırıb şalvarın cibindən bir foto çıxartdı. Onun ailəsi. Həyat yoldaşı Aynur və 3 yaşlı oğlu Fikrət.

Birdən çiynində ağırlıq hiss etdi. Çevrilib baxanda gözləri az qala hədəqəsindən çıxacaqdı.

Özü idi.

-Mən sənin kölgənəm!-deyib yoxa çıxdı.

Öz səsindən qorxdu. Axı bu nə deməkdir?! Bəlkə sərxoşluğu indi başlayıb?! Hə, ola bilər. Gic-gic gülümsəyib başını buladı.Amma çiynindəki ağırlıq hələ də qalırdı.

 

 

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0257 saniye