Kölgə
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 08:11 07 may 2018 tarixində əlavə olunmuşdur

Kölgə

Utanıram kölgəmdən, qalıb ayağım altda -
Üzü ayağım altda, özü ayağım altda.
Əyri gedib tapdadım düzü ayağım altda.
Tapdalanmış doğrunun yüzü ayağım altda.
"Tapdadım" deyəndə ki, tapdalamıram onu -
Çıxıram ayağına onun hər addım boyu.
Deyirlər üzr dilə tapdasan ayağı sən,
İlk addımdan qalıbdır üzr borcu kölgəmdən.
Qəsdən etmitəm ancaq, budur qanun həyatda: 
Tapdamasan olmazsan, bir addım da qabaqda.
Hansımız hansımızın gedirik arxasınca -
Mən onu sürüyürəm? - Ya o, məni ardınca?
Neçə addım atsam da, ancaq öndədi kölgə,
Həyatda da qalmışam kölgəmin kölgəsində.
Nə fərqi var? Onsuz da sürünür hər ikimiz.
Üfüqlərdə - kölgəmiz, şauqili vəziyyətdə biz.
Sürünsək də, başıdik, gərək biz mərd sürünək,
Günəşə utanmadan, üzüağ baxa bilək. 
Kölgə verək, nə badə kölgə salmayaq ancaq,
Alma ağaclarından arabalar olmayaq.
Eybi yox, tazı sansın qoy bizi öz kölgəsi,
Əsas şirnikdirməsin meyvəyə ilan bizi.
Fərqsiz ilana - şəmsdən gizlənməyə yer bəsdir:
Alma ağacı olsun, ya baş daşı kölgəsi.

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0246 saniye