"Mark Tven" əslində Samuel Langhorne Clemensin çox saylı ləqəblərindən biridir. Adını rəsmi olaraq dəyişdirməyən Clemens, Mark Tven adının haqqlarını satın alır və işlərini bu ad altında davam etdirməyə başlayır.
Mark Tven qəlyan həvəskarı idi. Səkkiz yaşında qəlyana başlayan məşhur yazar, öldüyü günə qədər gündə qırx dəfə qəlyan çəkirdi. Qəlyanı atmağa çalışsa da heç vaxt bacarmadı. "Qəlyanı atmaq dünyanın ən asan işidir. Bunu məndən yaxşı kim bilir ki? İndiyə qədər min dəfə atmışam"- deyən Tven tez-tez ağzında qəlyan yatıb qalırdı. Tven imkanlı olsa da, bahalı tütün çəkmirdi. O əlinə düşən ən ucuz, ən pis tütündən istifadə edirdi. Dostları ucuz tütün çəkməmək üçün Tvenə qonaq gəlməkdən imtina edirdilər.
Qəlyan düşgünü yazıçının pişiklərə olan sevgisi də məşhurdur. "İnsan ilə pişik hibritləşə bilsəydi…" deyəcək qədər sevirdi pişikləri. Hətta ahıl yaşlarında yayı keçirdiyi Nyu Hempşirdə yoldaşlıq etmək üçün qonşularının bala pişiklərini özüylə aparardı.
Tvenin öz ölüm tarixi ilə əlaqədar təxmini də maraqlıdır. Halley kometasının görüldüyü gün doğulan Tven, ulduz yenidən görünəndə öləcəyini düşünürdü. Məşhur yazıçı bu düşüncələrini bu sözlərlə dilə gətirmişdi: "Dünyaya Halley kometasıyla birlikdə gəldim. Halley yenə gəlir və mən də onunla birlikdə gedəcəyimi düşünürəm. Halley kometasıyla birlikdə getməsəm, həyatımın ən böyük peşmançılığını yaşayaram. Uca Tanrı şübhəsiz belə demişdir: “Baxın, iki əcaib. Birlikdə gəldilər, birlikdə getməlilər.” ”
Təxminində yanılmayan Tven, Halleyin geri döndüyü 21 Aprel 1910-cu il tarixində vəfat edib.
Kulis.az