Kommunist qız
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 14:48 19 iyul 2016 tarixində əlavə olunmuşdur

2013-cü  ilin  dekabrın  31-i. Yeni  ilə  hazırlaşırdıq. Birdən xəbər gəldi ki, Ankarada Azərbaycanın  tanıtımı  ilə əlaqədar  proqram  təşkil  olunacaq. Və  bir  neçə  azərbaycanlı  gənc  Eskişehirdən  dəvət  olunaraq  ora  getməli  idi. On  beş  ya  iyirmi  nəfər  tələbə - onlardan  biri  də  mən –xüsusi  maşın tutub  Ankaraya  doğru  səhər  saat  10  kimi  yola  çıxdıq.

Nəhayət  Ankaraya  çatdığımızda  avtobusdan  düşərkən  o, mənim   diqqətimi  çəkdi. Sən  demə, Eskişehirdən  etibarən  bizimlə  eyni  avtobusda    İstanbuldan  qonağımız  olduğunu  daha  sonra  öyrəndiyim  bir  qız  da  var  imiş. Onu  sadəcə  olaraq  bayaq  da  dediyim  kimi Ankarada  avtobusdan  düşərkən  gördüm. 1,65  boylarında  arıq, qısa  saçlı,  iri  qaragözlü, bir  o  qədər  sakit, mülayim  bir  təbiətə  malik  tipik  bir  azərbaycanlı  qızı  ədasında  idi. Ankarada  “Səmərqənd”  kafesində  yığışdıq. Hardasa, 15  azərbaycanlı  taciklərin  mətbəxindən  dəyişik  üslubda  bişirilmiş  plov  yedik. İşin  maraqlı  yeri  ondadır  ki, plovda  istifadə  olunan  ət  at  əti  idi. Xülasə, yeməkdən sonra  bir  yerə  yığışaraq, Turqut  Özal  universitetinə,  yəni  programın  təşkil  olunduğu  yerə  getdik.

Çoxsaylı  azərbaycanlının  iştirak  etdiyi  tədbirdə  biz  də  öz  yerimizi  tutuq. Tədbirdə  müxtəlif oyunlar  keçirildi. İstiqlal  deyə  bir  gənc  bütün  hədiyyələri  qazandı.

Proqram  bitdikdən  sonra, 9  kimi  Ankaradan  Eskişehirə  yola  çıxdıq. 23:45  radələrində  Eskişehirə  hələ  çatmağa  yarım  saat  vaxt  qaldığı  üçün  yeni  ili  məcburi  yaxınlıqdakı  kafedə  keçirdik. 10-15  dəqiqə   sonra  yenidən  maşına  əyləşərək  Eskişehirə  yola  düşdük.

Bu  hadisələrdən  3-4  ay   keçmişdi  ki, universitetin  bufetində  boş-boş  oturmuşdum. Statistika   fakültəsindən  bir  oğlan  gəlib  oturduğum  stola  yanaşdı  və  stolun   üstündə  oturdu. Onu  bir  iki  dəfə  görmüşdüm, o  bizim  köhnə  tələbələrdən   olan  biri  idi. O,  mənə  salam  verib  məndən  soruşdu:

-Ay  qaqa, sənə  şəxsi  sual  verə  bilərəm?

Cavab  verdim:

-Baxır  suala?

-Sadəcə  bilmək  istəyirəm  ki, hal –hazırda   bir  münasibətin  var  kiminləsə?

-Bəli,  var  -deyə  cavab  verdim.

-Heç  nə. Bunu  öyrənmək  istəyirdim, - cavabını  verib  getdi.

 

Bir  -iki  gün  sonra  Facebook-da  inboksuma 4  mesaj  gəlmişdi. İkisi  davamlı  yazışdığım  dostlarımdan,  biri  müəllimimdən,   biri  isə  naməlum  şəxsdən  idi. Naməlum  şəxs  deyəndə  ki, o  insanın  adını  ilk  dəfədir  ki,  görürdüm. Cavab  yazmaq  qərarına  gəldim. Yazdım  ki, siz  məni  və  mən  sizi  hardan  tanıyıram? “Yeni  ildə  getdiyimiz  o  televizor  proqramından  tanıyıram” – deyə  qız  cavab  verdi. “Hə,  yadıma  düşdü” – xəyaltəhər  xatırladım. Yeri  gəlmişkən, qızın  adı  Aysel  idi. Havadan-sudan  aparılan  söhbətdən  sonra  hiss  elədim  ki, bu  qızın  sözün  əsl  mənasında  məndən  xoşu  gəlir. Daha  sonra  isə  öyrəndim  ki, universitetdə  oğlanı  mənim  yanıma  göndərən  həmin  bu  qız  imiş. Ara –sıra  onunla  face-də  mesajlaşır, müəyyən  müddətdən  sonra  nömrəsini  alıb  telefonla  əlaqə  yaratmağa  başladım. İki  il  belə  sosial  şəbəkə  və  telefon  vasitəsilə  virtual  əlaqə  saxladıq.

2015-ci  ilin  may  ayının  axırı  onu  Eskişehirə  dəvət  elədim. “3 günlük  gələcəyəm”  dedi  qız  və  doğrudan   da  həftə  sonu  xəbər  verdi  ki, gəlirəm. Bütün  hazırlıqları  gün  ərzində  həll  etmişdim. Avtovağzala  onu  qarşılamağa  getdim. Qız  Metroturizmlə (avtobusun  firma  adı) gəlmişdi  və  avtovağzaldan  götürüb  evə  gəldim. Necə  olduğunu  yazı  ilə  ifadə  edə  bilməyəcəyim  anlar  yaşamağa  başladıq. İki  yetişkin  insanın  cinsi  münasibətinin  bariz  nümunəsini  yaşadıq. Seks  bizdən  nə  tələb  edirdisə, ona  artıqlaması  ilə  qarşılıq  verirdik. Çıxarılan  qəribə  səslər, bədəndən  axan  tər, beldəki  cırmaq  izləri,  vəhşilik  kimi  qəbul  olunan  at  çaparmış  kimi  saçdan  tutub  dartaraq və  s. kimi  fərqli   pozalarda  həm  acı,  həm  də  ki  həzz  verən, deməzdim  ki, dəqiqələr,  saatlar  yaşadıq. Üç  gün  ərzində  seksə  doymayan  bir  qız  və  sual  işarəsinə  bənzəyən  bir  oğlan  təsviri  yaranmışdı.

Nəhayət  üç  gününün  sonunda  sağollaşmaq  deyə  bilinən  o  xitab  şəkili  anı  yetişdi. Qızı  yola  saldım. Sonra   bir  də  onunla  sıx  olmayacaq  şəkildə  mesajlaşmağa  qərar  verdim. Düşüncələri  radikal  bir  kommunist  düşüncəsi  olsa  da, ürəyi  çox  təmiz, niyyəti  ürəyindən  də  təmiz,  ağılı  isə  sadəcə  heyran  olunası  şəkildə  idi. O  həmişə  deyərdi  ki, varlı  kasıbı  əzməlidir  ki, yaşasın. Kasıb  olmasa  varlı  olmaz, varlı da  olmasa  kasıb  olmaz. Düşün  ki, aslan  ceyranı  yeməsə, acından  ölər. Bu nümunə  təbiətdə  açıq-aşkar  özünü  göstərir. Qaldı  ki, kommunizmə, Mark  atamız  demişkən, insanın  allahı  da  özüdür, şeytanı da  özüdür, mələyi  də  özüdür. Düşünəndəki  şeytan  özü  də  bir  mələkdir, onda  bu  ixtisarla  insanın  özü  yaranmış  ən  mükəmməl  mexanizmdir. Tanrı  deyilən  o  varlıq,  ya  da  ki,  yoxluq  bizim  öz  eqomuzun,  fantaziyamızın  qurduğu  bir  sistemdir.

Bir  gün  face-dən  ondan  gələn  mesaj  qəribə  təəəssürat  yaratdı  məndə. Mesajda  yazırdı  ki:

Sən  mənə  cındırlıq  nədir  öyrətdin. Sən  sözün  əsl  mənasında  əclaf  imişsən! Sən  özün  bilirdin  mənim  sənə  olan  duyğularımı. Amma  bu  cür  məndən istifadə  edəcəyini  düşünməmişdim. Amma   sağ  ol  ki, meymunun  gözünü  açdın. Elədiklərin  iyrənc  olsa  da, mənim  təcrübələnməyim  baxımından  müsbət  oldu. Ən  azından  bunu  mənə  istəmədiyim  biri  öyrətmədi (seksi  nəzərdə  tutur). Hər  şeyə  görə  sağ  ol  və  ümid  edirəm  ki, bir  də  qarşılaşmarıq”.

Az  da  olsa  vicdan  əzabı  çəkib, bir  kəlmə  də  cavab  yazmadan  facebook-dan  çıxdım. Youtube-da  bir-iki  slow  mahnıya  qulaq  asaraq  bir  siqaret  yandırıb  “kommunist  qız”  səhifəsini  bağladım.

27.01.2016


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+38=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0293 saniye