Könlümdən nə keçir,yazmaq həvəsi,
Eşqdən,məhəbbətdən,sevgidən yazım.
Sevən könüllərin sevgi nəğməsi
Hər an çiçək açsın baharım,yazım.
Eşqin yollarında bir vursun ürək,
Sevib-sevilənlər ayrılmasınlar.
Sevək,qapımızı döyməsin külək,
Bax budur istəyim bilin ,a dostlar.
Dünyada hamıdan əzəl sevdiyim
Məhəbbət qədrini bilənlər olmuş.
Əhdinə bivəfa gözəl dediyim
Əldən səadəti verənlər olmuş.
Razı olmayaq ki.məhəbbət yolu
Duman,çən içində görünməz olsun.
Ürəklər hicranla,kədərlə dolu,
Qəlbdən sevgi dağı silinməz olsun.
14.02.1982 / Sumqayıt
Mövlud Ağamməd