Könlümü vermərəm bir də kimsəyə...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:27 24 may 2016 tarixində əlavə olunmuşdur

Könlümü vermərəm bir də kimsəyə,
Zəmanə dəyişib başqa hal olub.
Cananın naz-qəmzə etməkdi işi,
Aşiqin günləri qalmaqal olub.
***
Şeyx Sənan bir zaman sevdi Xumarı,
Allahın butası olan dildarı.
Mənə onun kimi gözəl bir yarı
Sevmək qadağandı,bir məlal olub.
***
Məcnun da Leyliyə verdi qəlbini,
Bülbül gülə saldı sanki meylini.
Kəbədə Xaliqə açdı dərdini,
Mən kimə söyləyim,bir sual olub.
****
Məşədi İbadın sevdası yalan,
Qulluqçu Sənəmdi tək ona qalan,
Sənintək aşiqi dərdlərə salan,
Mövlud,bilirsənmi, bir xəyal olub.

21.07..2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0271 saniye