KÖNÜL,ELƏ GÖZƏL SEV Kİ,DÜNYADA....
Könül,elə gözəl sev ki,dünyada
İsmi pünhan,özü filan olmasın.
Naz qəmzəsi canlar alsın,amandı,
Sözlərində heç bir yalan olmasın.
***
El içində düz otursun,düz dursun,
Böyük-kiçik bilsin,elmin oxusun.
Sözü şirin,özü ənbər qoxusun,
Mərifətdə gendə qalan olmasın.
****
Allah səni muradına yetirər
Qismətinə düşən payı gətirər
Elə et ki,Mövlud,səni o dilbər
Qəm-qüssəyə, dərdə salan olmasın.
6.10.2014.Zərdabi.Mövlud Ağamməd