Keçdin başa gəldi sənə lap şur kopayoğlu.
Yaydın səsini hər tərəfə gur kopayoğlu.
Gəlmiş zara hər kəs sənin o bəd əməlindən,
Duydunmu söyüş? - peysərinə vur kopayoğlu.
Vicdan yox imiş, xislətin heyvan sayağ imiş,
Heyvan sayağı bir az da qudur kopayoğlu.
Fəqir olanın üstünə cum şir kimi hər an,
Rütbəli yanında tülkütək dur kopayoğlu.
Yaltaqlıq ilə sür ömür, yüksəl bu həyatda,
Ey həmzəyə bənzər olan quldur kopayoğlu.
Cinan, onu qandır danışıb əməllərindən,
Get, qoy önünə, söylə haqq budur, kopayoğlu.