Kor nə istər, ikicə göz...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:51 03 mart 2016 tarixində əlavə olunmuşdur

Kor nə istər,ikicə göz,
Biri əyri,birisə düz.
Görəcəksən,bir az da döz,
Kor istər hər kəs kor olsun.
***
Kar nə istər,səs eşitsin,
Zil eşitsin,pəs eşitsin.
Gələn səsi kəs,eşitsin,
Kar istər hər kəs kar olsun.
***
Çərə gedən çora düşdü,
Çora gedən gora düşdü.
Hamısı bir tora düşdü,
Çor istər hər yer çor olsun.
***
Gözümə bax,görən yoxdu,
Səsimə səs verən yoxdu.
Pərənim var,çərən yoxdu,
Demə Mövlud nankor olsun.

4.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0365 saniye