Çopur Mehdinin qaralar tərəfindən başına gətirilənlər Çənlibeldə hamını qorxutmuşdu.Koroğlu bu xəbəri eşidəndə Kosa Səfər , Dəli Mehtər və İsabalanı başına yığdı :
- Bilirsiz ki Çənlibeldə hamı Mehdinin qaralar tərəfindən öldürülməsindən danışır.Bilmirəm orda nə gəzirdi ama məncə onun qanını yerdə qoymaq olmaz.Haydi igidlərim at belinə!
Koroğlu 4 aylıq hamilə arvadı Nigar və qalan igidləriylə görüşdükdən sonra yola qoyuldu.İsabala yolda nə qədər Koroğluya söz deməyə çalışsa da Koroğlu vecinə almırdı.Axır gəlib düşmənlərin sərhədinə çatanda Koroğlu dedi :
- Dəli Mehtər , birinci sən get gör neçə nəfərdilər , gəl bizə məlumat ver.
Dəli Mehtər gedəndə İsabala Koroğlunu sözə tutdu :
- Koroğlu , biz burada olmamalıyıq.
- (bu sözdən əsəbiləşən Koroğlu İsabalaya bir şillə çəkdi) Əgər balaca qız kimi qorxacaqdınsa heç gəlməzdin.
- Qorxaqlıqdan demirəm.Biz Harlemə getməliyik – Mehdi orada öldürülüb.Sən isə bizi İŞİD-in yanına gətirmisən.
- Həəəə.Qaralar deyiləndə neqrları nəzərdə tuturmuşlar?(bardan tutduğu qızla yatıb səhər trans olduğunu öyrənən oğlanın mimikasıyla düşünərək)Onda gedək Mehtəri çağırıb Harlemə qayıdaq.
- (Kosa Səfər əlindəki telefonu Koroğluya uzadaraq)Artıq gecdi.Videoya bax (videoda Dəli Mehtərin başını kəsirlər).
Koroğlu balaca qız kimi qışqıraraq atını geriyə sürdü.Bunlar bir müddət sonra Harlemin sərhədinə çatdılar.Kosa Səfər Koroğluya :
- Koroğlu , belə girsək məhlələrinə bizi öldürərlər.Onların yanına narkotik satıcısı kimi girək.Öldürənin kim olduğunu öyrənən kimi səssizcə öldürüb çıxıb-gedək.
Koroğlu bu fikirlə razılaşdı.Birinci olaraq paltarlarını dəyişdilər.Ama İsabala onları başa saldı ki ağ paltar və üçbucaqbaş maskayla girmək yerinə başqa paltar sınasınlar.Sonra içəri girərək liderləriylə narkotik alveri üçün görüşmək istədiklərini dedilər.Onlar Eminem fanatına oxşayan Koroğlugili liderləri Avon Barksdaylin yanına apardılar.Koroğlu onunla söhbət əsnasında Çopur Mehdini Stringer Bellin öldürdüyünü öyrəndi.Bunu eşidən kimi Koroğlu sazı sinəsinə basdı :
Çənlibeldən durub gəldim
Qisas alacam motherfucker
Bir yalan uydurub gəldim
Qisas alacam motherfucker
Yanmısan çıxıb dumanı
Gəlib intiqam zamanı
Yerdə qalmayacaq qanı
Qisas alacam mutherfucker
Aşığ siksin reperivi
Çıxarciyəm ciyərivi
Sən ki bilmədin yerivi
Qisas alacam mutherfucker
Koroğlu sözünü qutarmışdı ki Bell silahla İsabala və Kosa Səfəri başından vurdu.Koroğluya dönərək :
- Şeirin xoşuma gəldi ona görə səni öldürməyəcəm.Ama səni əsir saxlayacam.
Aradan 18 il keçdi.Koroğlunun oğlu Kürdoğlu böyüyüb yekə oğlan olmuşdu və ailəsini dolandırmaq üçün Tanrıtanımazla qapı-qapı gəzib yehova kitabları satırdı.Bir gün kitablarını almayan müştərilərindən biri ona dedi ki :
- Atan Koroğlu əsirlikdə qalıb ama sən kitab satırsan?
Bu söz ona pis təsir etdi və anasının yanına qayıtdı.Anası Nigardan atasının necə əsir düşdüyünü soruşdu.Öyrəndikdən sonra isə atasını necə xilas edəcəyini fikirləşdi.Dostu Tanrıtanımaz ona dedi ki :
- Narkotik satıcısı kimi ged gir aralarına.
- Necə girim.Atam gedəndən bəri hər adama inanmırlar.Yəgin məni görən kimi vuracaqlar.
- Yox vurmayacaqlar.
- Nə danışırsan?
- Demək istəyirəm ki sən də neqrsan səndən niyə şübhələnsinlər?
- Düz deyirsən.Neçə ildi ağlıma gəlmir bu fikir.
Kürdoğlu planlarını qurdu və uzun yol qət edib Harlemə çatdı.Narkotik satıcısı kimi o da Avonla görüşdü.Söhbət arasında atasının zindanda saxlanıldığını öyrəndi.Həmin an sazı götürüb sinəsinə basmamaq üçün özünü güclə saxladı.Axırda Avonla otaqda tək qalmaq istədiyini dedi.Kürdoğlu haqqında demədiyimiz şey onun qılınc uda bilmə bacarığıdı.Məclislərdə zadda buna görə çox hörməti varıydı.Uzun sözün qısası qılıncı boğazından çıxardan kimi Avonu başın kəsib videosunu internetə qoydu.Çünki axmaq gənclər arasında yeni trend bu idi.Sonra Avonun silahlarını götürüb otaqdan Tony Montana kimi çıxaraq qabağına gələni güllələdi.Zindana endi və orada atasını tanıdı.Altıncı sınayışında.Atası ondan kim olduğunu soruşanda Kürdoğlu oğlu olduğunu dedi.Koroğlu sağ-soluna baxıb sinəsinə basmağa saz axtaranda Kürdoğlu bunun üçün vaxtları olmadığını dedi və onun da əlinə bir silah verib bərabər həmin vaxt Stringer Bellin gizli iş gördüyü inşaata getdi.Stringer Bell onları görəndə qaçıb gizlənməyə yer axtarsa da oradan çıxa bilməyəcəyini başa düşdü.Çox təsirli səhnəydi.Arxaplanda Ennio Morriconenin The trio-su çalırdı.Bell “qutarın bu işi mother…” deyirdiki ata-oğul onu güllələyib intiqamların aldılar.Sonra yol boyu aşıq şeiri deyə-deyə Çənlibelə yola düşsələrdə beyinləri aşıq şeirinə tab gətirə bilmədi və yolda beyin qanamasından öldülər.