Kosmosa səyahət - Günəş Sistemi
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 22:00 29 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Günəş... Bizi isidən, Yerdə həyatın olmasına şərait yaradan ulduz. Günəş həm də Yerə ən yaxın ulduzdur. Yer və daha 8 planet onun ətrafında dövrə vurur, onun işığı ilə işıqlanır... Səyahətimiz həmin planetlərədir...

İlk dayanacağımız Merkuridir. Bu kosmik cism Günəşə ən yaxın planetdir. Yaşayış üçün yararsızdır. Çünki Merkuridə nə atmosfer var, nə də hava... Temperatur isə gündüzlər 500 dərəcəyə çatdığı halda, gecələr -175 dərəcəyə qədər düşür. Səthi qayalıqlarla örtülüdür.

Növbəti planet Veneradır. Bu göy cismi ölçüləri və görünüşü ilə Yerə çox bənzəyir. Hətta astroloqlar bu planeti Yerin ekizi adlandırırlar. Lakin Veneranın xarakteri Yerinkindən tamam fərqlidir. Bu planet Yer kimi həyatsevər deyil. Kükürd buludları ilə örtülü Venerada gündüzlər temperatur 400 dərəcəyədək yüksəlir. Venera bir xüsusiyyəti ilə də digər planetlərdən fərqlənir. Belə ki, bu planet öz ətrafında tərs istiqamətdə fırlanır.

3-cü planet bizim evimiz – Yer kürəsidir. Mavi planetdə həyatın mövcud olması üçün hər bir şərait var. Atmosfer və temperatur idealdır. Milyonlarla canlı növü bu planetdə həyat sürür...

Günəş sistemindəki səyahətimizi davam etdiririk. Növbəti dayanacağımız isə Qırmızı planet – Marsdır. NASA uzun illərdir bu planetdə həyat axtarır. Lakin atmosferinin böyük hissəsi karbon-dioksiddən təşkil olunmuş bu məkanda canlı tapmaq qəliz görünür. Temperatur da çox aşağıdır. Belə ki, qırmızı planetdə istilik -60, -180 dərəcə arasında dəyişir.

Marsdan sonra bizi Günəş sisteminin ən nəhəng planeti – Yupiter gözləyir. Yupiter özü ayrılıqda bir sistem təsiri bağışlayır. Təsəvvür edin, bu planet Yerdən 1300 dəfə böyükdür... Yupiterin səthi tam olaraq bərk deyil. Bu planet qaz və buz buludlarından təşkil olunub.

Yupiterdən sonrakı dayanacağımız gözəlliyi ilə seçilən Saturndur. Bu nəhəng göy cismində də həyat tampaq müşkül məsələdir. Planetin Səthi qatı deyil. Hətta su, Saturnun səthindən daha qatıdır. Belə ki, Yerdən bir okeanı Saturna aparmaq mümkün olsaydı, okean Saturnun səthində üzərdi. Temperatur da yaşayış üçün yararlı deyil: -145 dərəcə...

Saturndan sonra daha bir nəhəng planetə - Urana səyahət edirik. Bu planetin atmosferinin tərkib hissəsini metan qazı təşkil edir. Buna görə də, planet kosmosdan mavi-yaşıl rəngdə görünür. Çox soyuqdur. Belə ki, Uranda temperatur -190 dərəcədən yüksək olmur.

Növbəti dayanacağımız olan Neptun Urandan daha soyuqdur. Burada temperatur -200 dərəcə təşkil edir. Neptunda dəhşətli küləklərin olduğu güman edilir. Səthi hamar olduğu üçün küləklər daha da güclü olur. Hətta burada küləklərin sürətinin səsdən daha sürətli olduğu ehtimal edilir. Yəni, burada da yaşamaq qeyri-mümkündür.

Və nəhayət, ən sirli və bizə ən uzaq olan planet – Pluton. Bu planet haqda NASA son bir neçə ayda ətraflı məlumatlar öyrənə bilib. “Nyu-Horizons” aparatının göndərdiyi fotoşəkillər bu planet haqda məlumat toplamağa imkan verib. Pluton Günəşdən ən uzaq məsafədə yerləşən planetdir. Buna görə də, bu kosmik cism Günəş ətrafında 1 tam dövrəsini 248 ilə tamamlayır. Təsəvvür edin, Plutonda 1 il Yer kürəsindəki 248 ilə bərabərdir. Pluton, həm də Günəş sisteminin ən soyuq planetidir. Səthi buzlarla örütülü bu planetdə temperatur -240 dərəcədir.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
sirlerensiklopediyasi@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0242 saniye