Kötük - pritça
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 03 noyabr 2014 tarixində əlavə olunmuşdur

Meşədə  qurumuş  ağaclardan  biri  kəsilmiş  və  yerində  balaca  bir  kötük  qalmışdı. O, gödək  boyuna  yaraşmayan  tərzdə  ətrafı  süzər  və  böyük-böyük  danışardı:

-Ax, namərdlik , namərdlik! Sən  olmasaydın, hələ  yaşayardım.

Hər  dəfə  hayqıranda  bir  qum  ovuntusu  tökülən  yarımçürümüş  kötük  cavan, təcrübəsiz  ağaclara  deyərdi:

-Sizə  çox  həqiqətlər  danışa  bilərəm!

Fəqət  o heç  kəsə  lazım  deyildi.

Gərəksiz  olduğunu  başa  düşməmək! - ən  böyük  nadanlıq  budur!

Müəllif: Bəxtiyar Əliyar


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0189 saniye