KREDİTLƏŞMİŞ HƏYATLAR
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 13:46 22 noyabr 2014 tarixində əlavə olunmuşdur

İndi çox az ailə tapılar ki, banklara kredit ödəməsin. Əlbəttə ki, söhbət minimum həyat tərzi keçirən ailələrdən gedir. Orta statistik azərbaycanlını da, bu qrupa aid etsək, vəziyyətin necə olduğunu geniş şəkildə şərh etməyə ehtiyac qalmır. Bankların illik faizi, verilən kreditlərdən tutulan bank xidməti və digər məsələlər barədə əhatəli yazmağa dəyməz. Bir də ki, görünən dağa nə bələdçi lazımdır,nə də ki, noviqator. Ancaq, son zamanlarda kreditləşən həyatların daha geniş vüsət alması,bəzi maraqlı məqamları ortaya qoyub. Təsəvvür edin ki, günümüzdə kreditlər yalnız banklardan alınan nəğd pullarla bitmir. Elekton avadanlıqlardan tutmuş avtomobillərədək çox nəsnələr kreditləşmişdir.Geyimlərin də kreditlə alınması mövcuddur. Ərzaq məhsullarının da kreditə verilməsi gündəmdədir. Məsələn, dana əti ilkin ödənişsiz 6-aylıq, qoyun əti isə ilkin ödənişlə 1-illik kreditlə istehlakçıya təklif edilməsi nəzərdə tutulur. Bölgələrdə bu, mini kredit sistemi yeni deyil. Qəssablar, orta statistik bölgə vətəndaşlarının durumunu nəzərə alaraq, ətə həsrət gedən təqaüdçü nənələrin, məvacib gününü iplə çəkən müəllimlərin, iş ümidi ilə yaşayan işsizlərin təminatını qismən kredit yolu ilə həll etmişdir. Məhəllələrdəki balaca mağazalar və bu mağazaların sahibləri də,aşağı təbəqə üçün möhürsüz kredit sistemini tükəndirməmişlər. El arasında daha çox “nisyə dəftəri”kimi tələffüz edilən kəlmə, indi,kredit albomları ilə əvəz olunub.

Bəzi gənclər arasında daha çox dəbə minən kredit vaz - 07 şakərini də, xüsusi qeyd etmək lazımdır. Kreditlər ödənmədən həyatlarını kreditləşdirən belə gənc-ciklər yaşamın fərqinə varmadan avtoşluğa sevdalanar. Məhz bu,səbəbdəndir ki, cərimə meydançalarında və qəza yerlərində gözlərimizə görünən daha çox elə,bu cür kreditlərdən asılı vaz-07-lərdir. Mənəvi, fiziki, maddi cəhətdən dəymiş zərərdən geriyə qalan isə, belə,bu cür cənc-ciklərin validyinlərinə düşən yalnız kreditləri ödəmək olur. Həyatlar kreditləşib,həm də, çox ağır və amansız şərtlər altında...

Son zamanların başqa bir kredit prioriteti isə, mülkiyyətin girov qoyulmasıdır. Çox zaman bu yola baş vuranlar gələcək hədəflərini doğru hesablaya bilmir. Alınan vəsaitləri ödəmək iqtidarında olmadıqda,qapıya dayanan icra məmurlarına asi çıxsa da,iş işdən keçmiş olur. Bir günün içərisində ailə evdən bayıra atılır. Təbii ki, qanunlar çərçivəsində. Həyatlarını kreditlərə bağlamış, belə ailələrin halına acımamaq olmur. İnsanı müasir zamanda bu cür acınacaqlı durumlardan xilas edəcək iki yol var; birincisi nəfsinə hakim olması, ikincisi məsuliyyət hissini itirməməsi. Bəzən, yüklü miqdarda banklardan kredit alanlar özlərinə haqq qazandırmaq üçün, bu vəsaitin zəruri olduğunu,onların həyatlarının məhz bu,kreditlərdən asılı olduğunu vurğulayır və özünü israrla haqlı durumda göstərmək istəyir. Bu isə, keçərli səbəblər deyil. Dəyərli insanlarımız, həyatlarınızı kreditləşdirmədən öncə, düşüncələrimizi təmərküzləşdirsək daha yaxşı olmazmı?..


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0241 saniye