KREMLİN AZƏRBAYCANLI MEMARI
Ülfət Cavad tərəfindən "Elmi məqalə" bolməsinə 18:47 16 sentyabr 2014 tarixində əlavə olunmuşdur

              KREMLİN AZƏRBAYCANLI MEMARI

“ Möhtəşəm sənət əsəri Kremlin memarı Əlis Sübhan oğlu Kərəmli haqqında tarixi həqiqətləri üzə çıxaran dəyərli mənbələr aşığıdakılardan ibarətdir: Ərəb şərqində İngiltərə xüsusi xidmət idarəsinin məşhur kəşfiyyatçısı, “ Səhra pələngi ” ayaması ilə tanınan Henri Lourensin “ Görünməyən sürətlər ” əsəri, alman riyaziyyatçısı Eylerin  Kremlin  inşası  tarixinə dair  təssüratları “ Triqonometriya haqqında fikirlər ” kitabı, S. Borodinin “ Dmitri Donskoy ” tarixi romanı. Məhz bu tarixi mənbələrdən bəhrələnərək, Əlis Kərəmlinin kim olduğunu, hansı tarixi sənət əsərlərini yaratdığını və orta əsrlərədək Kərəmli kimi tanınan tikilinin necə Kremlə çevrilməsini dəyərli oxucularımıza çatdırmaq istərdim ”.

On dördüncü əsrin adlı – sanlı memarlarından olan Əlis Sübhan oğlu Kərəmli Yaxın Şərqdə, Qafqazda, İranda, Hindistanda və doğma Vətəni Azərbaycanda tanınmış sənətkarlardan biri və bəlkə də, birincisi idi. O, Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş - tağlı Bağdad körpüsünün, Qırım ( Krım) dakı Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa torcasının ( kompleks), Şirazda nəhəng 80 – otaqlı Karvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin, Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsünün və onlarla tikilinin müəllifi kimi tanınmışdı. Memar Kərəmlinin şöhrəti qısa zamanda Vətənin hüdudlarını aşmış, onun sənətkarlıq qabiliyyəti Moskva Knyazı Dmitri İvanoviçin də diqqətindən yayınmamışdı.

1366-cı ilin sonlarında Knyaz D. İvanoviçin təşəbbüsü ilə Rusiya sarayından boyar İ. A. Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı Səfiri Qafur bəy, Knyazlığın 10 – süvarisi ilə yola çıxdılar. Knyazın tapşırığı ilə xınayı rəngli yeddi köhlən at hədiyyə tayları ilə yüklənib yolçulara həvalə edildi. Vladimir kürklərindən tutmuş qiymətli çex – büllur güldanlarınadək zəngin, şahlara layiq ənamlar vardı, yüklənmış taylarda. Knyazın hədiyyələri məxsusi olaraq Şirvanşahı (1352 – 1417) şərəfləndirmək məqsədi güdürdü.

1367 – ci il yanvar ayının 5 – də, şaxtalı bir qış səhəri Moskva Knyazının elçiləri uzun yolu qət edib sağ – salamat Şirvanşahların paytaxtı Şamaxıya çatdılar. Müsafirlərə layiq ehtiramla qarşılanan elçilər sarayın baş darvazalarından həyətə daxil oldular. Qarşılanma mərasimindən sonra boyar Baratinski Moskva Knyazının məktubunun məzmunu ilə Şirvanşahı bilgiləndirməyə başladı. Tərcüməçi işini Səfir Qafur bəy həyata keçirirdi. Şirvanşahlar diyarının ali memarı kimi məhşur olan Əlis Sübhan oğlu Moskva Knyazının təklifi ilə möhtəşəm tikilinin inşasına dəvət olunurdu. Bu, D. İvanoviçin Şirvanşaha ilk xahiş məktubu idi. Şeyx əvvəlcə sevimli sənətkarını buraxmaq istəmədi, amma Əlisin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyaz zəmanətini nəzərə alaraq, bu işə razılıq verdi. Şirvanşahdan səfər xeyir – duasını alan ustad sənətkar səfər üçün hazırlaşdı. Beş gün sonra Knyazlığın elçiləri Əlis Kərəmli ilə birlikdə Şirvanşahlar sarayından yüksək bir törənlə Moskvaya yola salındılar.

1367 – ci il mart ayının 14 – də Moskva Knyazı ilə   Şirvanşahların baş memarı Əlis Kərəmli arasında müqavilə imzalandı. Müqaviləyə görə, işçi qüvvəsinə, maliyyə təminatına, ərazi dəyişmələrinə məhdudiyyət qoyulmur, baş memar layihəsinə düzəlişlərə müdaxilə edilmir, ona tam sərbəstlik və boyar statusu verilirdi. Bu möhtəşəm inşaat 4 – il ərzində başa çatmalı idi. Moskva çayı və onun qolu Yauza çayının dörd yandan qucduğu adada iç şəhər, onun qüllələrlə, bürclərlə, darvazalarla oymaqlanmış qala divarları tikilməli idi. Kərəmli öncə çöl divarların sürətli layihəsini Knyaza təsdiqlətdi. Nəhayət, martın 25 – də (Ruslar həmin   gün “Blaqoveveşeniye” bayramını qeyd edirdi. Yəni, Məryəm ananın Müqəddəs Ruhdan nütfələnməsi vaxtı) tikilinin bünövrələrinə ilk yonma qara daşlar qoyuldu. İç və çöl qala divarları əvvəllər ağac və gilmöhrədən inşa edildiyindən Kərəmlinin əmri ilə söküldü. O, Rusiyada ilk dəfə malaya (suvağa) çiy yumurta ağını qatmaqla hamını heyrətləndirdi. Tikintidən bir il sonra artıq bürclü qala divarları, beş qüllə və altındakı beş darvaza hasilə gəldi. Çöl divarlarının üst hissələri dik dirsəkşəkilli çıxışlarla haşiyələnmişdi ki, bu da onların əzəmətini qat – qat artırmışdı. Qala divarlarının ümumi uzunluğu 3,4 minar (km), qalınlığı 1,2 arşın, hündürlüyü isə 5,7 arşın idi. İşə başlanarkən tikintinin ətrafı taxtalarla hasara alınmışdı ki, ona toz – torpaq qonmasın, tamaşaya gələn əhali fəhlələrin diqqətini işdən yayındırmasın. Kərəmlinin təşəbbüsü ilə tikintinin hasara alınması da, Rusiya məkanında bir ilk idi. Bu dövlət əhəmiyyətli tikintiyə 1500 – nəfərlik işçi qüvvəsi cəlb edilmişdi. Onlar kənarda rahat şəraiti olan köşklərdə yaşayır, gündə iki dəfə isti xörəklə təmin olunur, həftədə bir gün istirahət edirdilər. Memar Əlis Kərəmli fəhlələri şəhərin ən yoxsul ailələrindən seçib işə götürmüşdü. Ustalar ayda bir qızıl onluq, adi işçilər isə 7 – rubl qızıl pul əmək haqqı alırdılar. Maaşlar vaxtında ödənilirdi. Ödəmədə mükafat və başqa həvəsləndirici müavinətlər də tətbiq olunurdu. Pulsuz nahar və şam yeməkləri işçilərin ovqatını duruldurdu. Sözügedən maaşlar isə, o zaman üçün böyük məbləğ idi. Tikinti dövrünün bir illik nəticələrinə görə, bir dəfə də olsun əmək mübahisəsi baş verməmişdi. Nizam – intizam yüksək səviyyədə təşkil edilmişdi. Kərəmli tikintidə çalışanlara söz vermişdi ki, işlər tamamlandıqdan sonra, bütün köşklər içindəki əmlakla birlikdə onalra bağışlanacaq. Moskvalılar memar Əlisi dəlicəsinə sevirdilər. Buna səbəb, bir yandan şəhər əhalisinin tikintidən dolanmasıydısa, digər tərəfdən, onun adil keyfiyyətlərə malik bir şəxsiyyət olmasından irəli gəlirdi. Camaat inşaat meydançasına “ Keremli ”, tikinti dairəsinə isə, “Keremlyovskiy ryad” ( Kərəmli sırası ) deyirdilər.

   Gərgin əməyin və işgüzar çalışmaların nəticəsində möhtəşəm tikinti başa çatdırıldı. Qüllələrə ad verilərkən belə mənzərə yarandı: Baş qüllə - Spassk (Spas), digərləri Troitsa, Nikola, Boravitsa və Keremli kimi tarixə düşdü. Beşinci qüllə, Kərəmlinin kəskin etirazlarına rəğmən, tikintidə və məişətdə onu kölgə kimi izləyən, memarla məhrəmanə dolaşan, ona məhəbbət və rəğbət duyğularını gizlətməyən Knyaz Dmitrinin bacısı qızı Annanın dayısına yalvarışları və işçilərin yekdil rəyi nəticəsində belə adlanmış və soydaşımız Kərəmlinin adına ölməzlik gətirmişdir

Memar Əlis Kərəmli sonrakı mərhələdə, inşasında öz layihəsinə əsasən, qapanmış qülləli – bürclü çöl qala divarların 175 hektarlıq həyətində Knyazlar sarayı, kilsə - yığıncaq yeri, boyar və kilsə xadimlərinin yaşayış binalarını, əlavə olaraq   yardımçı tikililər də inşa etdi. Yalnız, Yauza çayınacan və Moskva çayının altından keçməklə üç istiqamətdə mülki – hərbi strateji dəyəri olan yeraltı yolların inşası qalırdı. 1371 – ci ildə, yonma qara daşla hörülmüş yarım   dairə alt yollar və dolanbaclar da başa çatdı. Qat   kömbələrin (mənbəyi Əlis Kərəmlinin Vətənində olmuş, sonradan dünya dillərinə keçmiş katakomba) ortasında şəhər sularının, Kreml tullantılarının axıb çaylara tökülməsi üçün bir arşın enində arx yerləri döşənmiş, müxtəlif təyinatlı otaqlar, anbarlar və kahılar da inşa edildi.

Tam 4 – il sonra, 1371 – ci il martın 25-də möhtəşəm tikilinin təm – təraqlı açılışı oldu. Knyaz Dmitri , yerli moskvalılar, xarici qonaqlar, hətta kin – küdurətli boyarlar da, bu tikilinin gözəlliyi qarşısında heyrətlərindən donub qalmışdılar. Ən çox sevinən isə, Knyazın bacısı   qızı Anna idi. O, Əlisə qısıla – qısıla sevincindən göz yaşlarını saxlaya bilmirdi. Memar isə, bu günü səbrsizliklə gözləyirdi. Kərəmli ötən 4 – il ərzində Şamaxıda qoyub gəldiyi ailəsinə cəmi bir dəfə baş çəkə bilmişdi. Ustad işlərini bitirdikdən sonra, Şirvana qayıtmaq üçün hazırlıqlara başladı. Vətənə dönüş ərəfəsində Kərəmli Knyazla razılaşma sazişi imzalayır. Razılaşmada qərara alınır ki, “Kərəmli Vətəninə dönəcək, yaz bitən gün Moskvaya qayıdacaq, ona çatacaq zəhmət haqqını tam alacaq və onun şərəfinə veriləcək ziyafətdə iştirak edəcək”. Əlis   Kərəmlinin Vətənə dönüşü hər kəsi sevindirdi. Xüsusilə də, Şirvanşah Şeyx İbrahim bu dönüşdən çox məmnun idi. Lakin bir müddət sonra, memar   yenidən   Moskvaya yola düşür.

Yayın ilk   günlərində Moskva – Smolensk yolunun kənarındakı meşə talasında böyük sənətkarımızın şəninə qayıtma – vida məclisi açıldı. Lakin sonra aydınlaşdı ki, Knyaz Dmitri “xəstə” olduğu üçün məclisdə iştirak etməyəcək. Təəcüblü görünsə də, əksər boyarlar, aşpazlar dəstəsi, hətta saray musiqiçiləri məclisdə iştirak edirdi. Annanın sevinci isə yerə - göyə sığmırdı. Ancaq bir az sonra, nə baş verəcəyindən Kərəmlinin xəbəri belə yox idi. Memarımızı gözləyən təhlükəni heç Anna da bilmirdi. Təssüf ki, böyük ustad haqqında Knyaz tərəfindən verilən ölüm hökmü qısa zamanda həll edildi.

1371 – ci il iyun ayının sonlarında, ikindi vaxtı, bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə   endirərək Kərəmlinin başını bədənindən ayırdı. Bu şərəfsiz qətliamın icra olunmasında başlıca məqsəd, memarımızın adını yox etmək və Kremli ucaldan sətətkarımızın adını   tarixdən silmək idi. Vəhşiliklə qətlə yetirilən böyük sənətkar Əlis Sübhan oğlu Kərəmli elə orada, qərib eldə dəfn edildi. Bu ağır itgiyə ən çox üzülən isə, onu dəlicəsinə sevən gənc Anna idi. Onun memarımıza qarşı məhəbbəti qarşılıqlı olmasa da, o, bu itgiyə dözmədi. Anna Kərəmlinin yoxluğundan sonra, saçlarını qırxdıraraq Penzadakı rahibəxanaya yollandı və ömrünün sonuna kimi Kərəmlinin məzarına qulluq etdi, eşqini başsız bədənlə paylaşdı.

P.S. Bu tarixi yazı 2004 cü ildə “ Paritet”, “Gənəbasar” qəzetlərində, 2006-cı ildə “Mədəni-Maarif”, “Haray” jurnallarında tam həcmdə dərc edilib. 2005-ci ildə Gürcüstanın “Dilis” dərgisində, 2007-ci ildə Türkiyənin “Sabah” qəzetində tərcümə olunaraq yayımlanıb. Həmçinin, yazı 2006-cı ildə “Mərkəzi Elmi Kitabxana” nın elektron saytına yerləşdirilib.


... dəfə oxunub
Qiymət: 10/10(24 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0248 saniye