Ancaq hələ də küçədə musiqi dinləmək mədəniyyətinə sahib ola bilməmişik.Bu gün əksər insanlar yalnız bunu pul dilənmək tərəfini qəbul edir.Təkcə evdə yaxud konsert salonlarında deyil , küçədə də musiqinin sakit havası və harmoniysını dinləmək bir başqa zövq verir insana..Çoxları anlamır ki, musiqi onlar üçün tək pul qazanmağın yeganə yolu deyil , həm də həvəsdir , həyat tərzidir.Onların içərisində azyaşlı uşaqlardan tutmuş yeniyetmələr və yaşlı nəslin nümayəndələrinə də rast gəlmək olur.Hətta bəziləri öz istedadını elə küçələrdə çalıb oxumaqnan keçirir. Azərbaycanda bu sənətə verilən dəyər Amerikadan əsaslı şəkildə fərqlənir.Amerikada hələ XVIII əsrdən etibarən çöldə çalıb-oxumaq dəbə çevrilib.İlk dəfə özünə xas stili və mahnıları ilə diqqət çəkən Villiam Billingsdir olmuşdur.XVIII əsrdə bir tərəfdə koloniyaların sadə din musiqisi, digər tərəfdə şəhərlərin kompleks musiqisi mövcud idi.Bu dövrün ilk konserti 1731-ci ildə Bostonda təşkil edilmişdir.1736-cı ildə Nyu-Yorkda, 1757-ci ildə Filadelfiyada verilən konsertlərdə dinləyici kütləsi daha da artmışdır.
Amerikadakı konsert bazarı beləcə İngilislərin diqqətini öz üzərinə çəkməyə başlamışdır. Yeni musiqiçilərin köç etməsi; ilk musiqi dükanlarının və nota mətbəələrin açılması Amerikan musiqi dünyasını zənginləşdirmişdir. Daha çox immiqrantlar musiqi müəllimliyi etməklə, çalğı alətlərini təmir etməklə və eyni zamanda musiqiçi kimi fəaliyyət göstərməklə pul qazanırdılar. Aleksandr Reinagle, Benjamin Carr, Ceyms Hewitt və Gottlieb Graupner bunlardan bir neçəsidir. 18-ci əsrdə Pensilvaniya, Ohayo və Şimal Karolinaya köçən Moravyalılar parçalar bəstələyib səsləndirirdilər.
Küçə musiqiləri yoldan ötərkən bəzən bütün yorğunluğumuzu hər hansı bir tərk elədiyimiz məkanda qoyur , qulaq asır və mənəvi zövq alırıq.Ən azindan yolda iki və ya üç dəqiqə vaxt ayırıb qulaq asmaq həmin musiqiyə və melodiyaya verilən dəyərin göstəricisidir.Bu melodiyalarda, havalarda xalqın xarakterini, ruhunu da öyrənmək olur. Maraqlı bir fakt var ki , Qlinkanın ”İvan Susanin” operasını dinləyən Qoqol sevinclə demişdi:
”Dərhal duyursan bu…rus musiqisidir bu da polyak birində rus mahnılarının rəvan motivi, o birində polyak mazurkasının cəldliyi…” Doğma melodiyaları dinləmək adama həmişə qol-qanad verir.