Küçələrə su səpmişəm
tərəfindən "Şeir" bolməsinə 15:19 04 aprel 2014 tarixində əlavə olunmuşdur

Gecələr səssizdi
arzular nəfəssiz
Görünməzlik sehrini səpmək istəyirəm bədənimə
Ya da ruhumu qaçırtmaq istəyirəm buralardan
"Murdar leş" lərdən uzaqlaşmaq istəyirəm bir nəfəslik
Bakının matəmində ağlaşma...
Qapqara küçələrdəki tənhalıq...
Və...
Xəyallarımın qapısındakı kilidlər...
Boğulmaq istəyirəm bir az
Bir az rəhmətə getmək istəyirəm
Bir az yox olmaq...və...
Olmamaq...
Çırpınır ruhum nə olsun ki
Hansı bəşər övladı deyəcək:
-Məndədi açar
Kim deyəcək ki:
-Mən qıra bilirəm...???

Azadlığı istəmirəm zərrə-zərrə qram-qram
Qolumdakı zəncirləri qıram gərək qıram

Hə, nə olsun ki?
Mən qırmaq istədikcə zəncir parçalayır biləklərimi
Siz nə biləsiz ki
Siz Bakının işıqlarında korlaşarkən 
Bir qız azadlığını dolamışdı boynuna
Bir qız ruhunu əsir etmişdi əzablara
Bir qız məzarında saniyələri sayırdı
Hə nə olsun ki?
Torpağın altında keçmir zaman.
Xoşbəxtliyə "Çiynimə qon" demişdim uşaqkən
Boynuma dolamışdı kəndirlərini
Sən heç sevmədin azadları, Tanrı
Sən heç sevməmişdin üsyanları
Mən nəfəslərimi ovcuma yığıb
sağ qalmağa çalışmışdım
Nəfəslərim daralmışdı sonra, amma
mən sağ qalmağa çalışmışdım
HƏr döngədə başqa zərbə var idi
"Yıxılacaqsansa yuxarıdan yıxıl" deyilmişdi
Mən ayaqda qalmaq istəmişdim
Hə, nə olsun ki
Birdə göyün yeddinci qatından yerə çırpılmaq var idi
Ölürəm indi
Maraqsızdı bütün gündüzlər 
Maraqsızdı artıq "ölsəm kim ağlar, kimlər gülər"
Maraqsızdı kim tez unudacaq
Kim yas tutacaq
Elə kəfənsiz, məzarsız yox olmaq gəlir içimdən
Bakının mərkəzi küçələrində var gücümlə
qışqırmaq gəlir içimdən
Hə nə olsun ki
Karların məmləkətində ...nə xeyri var?
Bu günümə ağlayırmış mələklərim
Ölə bilməmək hissi var birdə
Sən nə biləsən...
Siz mənliyinizi kağızlara satıb gedərkən
Bir qız Tanrıya qovuşurdu yuxarılarda
Ölə bilməyəndə güclənirmişsən guya
HƏ, nə olsun ki?
Ölə bilmədən tükənmək var birdə
Darıxır ruhum
Bakının vecsiz küçələrində yeni bir intihara hazırlaşmışam
Göz yaşlarımı küçələrə səpmişəm
Sən keçmə bu küçələrdən
Ayaqların islanar sonra
Lənətlər yağdırmağa başlarsan
Üşüyərsən sonra
Gülüşlərin çırpılar bədəninə
Mən ki heç sevgi nədi bilməmişdim
Mən ki heç ölmədən unudulmuşdum
Dəli bir üsyan var indi içimdə
Qanım donur gecələr
Vicdanım yatır
Üsyanım oyadır məni yuxudan
Baxma fərqli göründüyümə
Mən də hamı kimi gülürəm
amma bir az kədərliyəm
Hamı kimi ağlayıram mən də
Hamı kimi intihar edirəm
Mən də hamı kimi ölürəm
Tək bir bədbəxtliyimdi bəlkə məni fərqli qılan?
Hə, xoşbəxtlər hamısı eyniydi axı
Allah bütün vaxtını bədbəxtlərə ayırmışdı axı
Hər gün yeni zəncirlər yollamışdı axı
Deyiridim inanmırdılar
Bax indi hər tərəfim torpaq
Deyirdim axı çobanyastığı gətirərsən 
Əgər bir gün...
Eh...bax məzarıma bomboş
mən indi çiçəksiz filansız....
Heç barışa bilmirəm dustaqlığımla
Heç öyrəşə bilmirəm biləyimdəki bu zibillərə
Bir də göylərə qovuşmaq var idi halbuki
Nə olsun 
Uçmaq olmur axı qanadsız...

Mənim balaca mələyim
Qanadlarını aç ürəyimə üşüyürəm...

Mən çıxmışam saxtalığımdan, qəbul etmişəm bərbadam...


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.034 saniye