Küdurət oxu
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 05:57 14 aprel 2022 tarixində əlavə olunmuşdur

Sözün də daş kimi ağırlığı var,
Mənzilə çatdıqda baş yaracaqdır
Qəzəblə atdığın hər sərsəri daş,
Gün gəlib üstünə tuşlanacaqdır

Qılınca sarılmaq çarə deyil ki,
Yazılan hər suvab, qalxan olacaq
Haqqın hüzurunda daim əyil ki,
Hər səcdə düşmənın şövqün qıracaq

Dönüşmə küləyə, əsmə yel kimi,
Gördüyün, küləklər şəhəridi bil
Tufana bənzətdiyin sərin əsinti
Adətdi, burada əsər hər fəsil

Dəniz dalğalıdır, çağlayır, coşur,
Dağların başını duman, çən alıb,
Fitrətin nəfisindən hesab soruşur
Görəsən, vicdanın harada qalıb?

Küdurət yayına ox seçməkdəsən
Hədəfə dəydisə, ox elə oxdur,
Gərdiyin hər oxun sən fərqindəsən
Hədəfçün oxların bir fərqi yoxdur

Açdığın yaralar sağalmaqdadır,
İzləri, yaddaşdan silinməyəcək
Bəlkə də təsəlli şirin daddadır,
Heyif ki, acıdan bilinməyəcək

Günahı gəzərək kənarda, yadda
İzzəti-nəfsini sınağa çəkmə
Bu fani dünyada, fani həyatda
Biçə bilməyəcəyin toxumu əkmə.

Müəllif: Tural Rəhmanlı

13.04.2022


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0256 saniye