Küfrlərin niyə həmişə cinsi məzmunlu olduğunu heç düşündünüz mü?
Bunun tabular və cəmiyyətin qoyduğu əxlaqla əlaqədar olduğunu düşünürəm. Bizdə cinsəllik tabu olduğu üçün ağıla gələn ilk küfr obyektidir. Çünki adını xatırlamaq belə tərbiyəsizlik olaraq qəbul etdildiyi üçün edilə biləcək ən yaxşı şey təhqirdir.
Cinsəllik namusla paralel xatırlandığından cəhalət və din ünsürləri cəmiyyətin namus anlayışını da təyin etdiyi üçün, insanların namusuna söz söyləmək təhqir və küfr olaraq qarşımıza çıxır.
İslam dinində bir kişiyə 4 qadının və sərhədsiz cariyələrin halal buyurulması nəticəsində kişi suveren cəmiyyətlərdə, qadın cinsəlliyi və qadın cinsi orqanı üzərindən söymək, qadına hakimiyyət, onun üzərində təzyiq qurma instinktlərini oyandırır.
Küfrlər həmişə qadınları və onların cinsi əlaqədəki rolunu hədəf alır, bu rol aşağılanır. Geylərin alçaldılma səbəbi çox vaxt gey olmaları deyil, qadına xas olmaları səbəbindəndir. Çünki cəmiyyətdə qadınlıq hər zaman pis və aşağılayıcı bir şey olaraq qəbul edilir. Bu vəziyyəti insanların lezbiyanları geylərə nisbətdə daha xoşgörüşlü qarşılamaqlarından anlaya bilərik.
Bu səbəbdən bu tərz küfrlər, kişiliyi ilə öyünüp qadını cinsi obyekt olaraq görən kompleksli kişilərin tez-tez müraciət etdiyi söyüşlərin arasında yerini alır.
Hal-hazırda bəzi ölkələr cinsəlliyi tabu olaraq görmədikləri üçün bir-birlərini zəka ölçüsünə görə təhqir edirlər.
Nəticə nə olursa olsun, insan hər zaman öz haqlılığını isbat etmək üçün söyləyəcək söz tapa bilmədiyində, qarşısındakı adama söymək seçimini tərcih edir etmişdir və hələ də etməkdədir.