KÜLƏK SAÇLARINI TÖKDÜ ÜZÜNƏ...
Külək saçlarını tökdü üzünə,
Gizlətdi üzünü
kimdən,bilmədim.
Gecənin özütək qara gözünə
Bir damcı yaş düşdü,
silə bilmədim.
Dinmək istəyirdim,güldü gözlərin...
Güldün,gülüşündən
qəlbim sevindi.
Bilmirəm,ulduzdu,güldü gözlərin
Bircə baxışından
nur şölələndi..
27.09.1983.Zərdabi.(Mövlud Ağamməd)