küləklər dağıdıb səni buludlara,
yağırsan bu şəhərin küçələrinə.
küləklər dağıdıb səni addımlarıma,
çıxırsan qarşıma hər bir döngələrdə.
sanki bu şəhər səni məndən çox sevir,
hər bir nöqtəsində sənin suallarını görürəm.
tapıram onlara cavab,
amma səni tapmayıb,
hirsimdən əlimlə cavabları gözümdən silirəm.
və baxanda əllərimə görürəm ki,
içindəki qırışlardan,göz yaşım çay kimi axır.
küləklər dağıdıb səni əllərimə,
barmaqlarım üşüyür.
gecə saat ikidir qapım döyülür,
açıram ki,bir qadındır,
amma bədəni yoxdur,satıb onu mənə,
onun üçün sevgi puldur.
itələyib onu yatağa,iyrənc öpüşlərə qərq edirəm,
və birdən pəncərəmi döyür külək.
elə bil ki məni söyür külək.
ayılıram dərk edirəm,
səni gətirib dodağıma,
mənsə bir fahişəni salmışam yatağıma.
öpə bilmirəm,
bu saxta sevgini bədənimə gömə bilmirəm.
soyunuram bütün saxta sevgini,saxta qadınları,
geyinirəm sənin dodağını,heç kimə toxuna bilmirəm.
sən mənim sümüyümə qonan bir mələyin ətisən,
içdiyim kəm-şirin şərabın acı həqiqətisən.
küləklər dağıdıb səni mənə.