küləksiz şəhər
Sən An tərəfindən "Digər yazılar" bolməsinə 13:49 10 iyul 2014 tarixində əlavə olunmuşdur

Küləksiz şəhər
Mən küləyəm.Yerim məskənim bilinmir.Hər yerde az da olsa məni hiss ede bilərsən.Bəzi yerlərdə zəif, bəzi yerlerdə çox güclüyəm.İşim təkcə bu dünyanın üzərindən hərəkət etməkdir.İnsanları müşahidə edirəm.Hərdən onların halına acıyır,hərdən də nifrət edirəm.Bəzən də olur ki, onları sevirəm və yolumu xəfifcə onlar tərəfdən salıram.Bu zaman deyirlər ki, xəfif külək əsdi.Mənə çox adlar veriblər,mussonlar,passatlar,xəzri,gilavar ve daha nələr.Mən heç bunların fərqində deyiləm,mən sadəcə küləyəm.Əsəbləşəndə bərk əsib hər yeri dağıdıram.Buludlarımı susuz səhralara qovuram onlara yağış doğuram.
Sənin sevgilinə heç kim toxuna bilməz,mən amma toxunuram.Toxunuram onun saçlarına, rəqs edirəm onlarla və bu zaman sən gözəl bir qoxu ilə məsti xumar olursan.Mən sevgiləri daha da gücləndirirəm.Təbii ki sən bunu hiss edə bilirsənsə.Hiss etməsən məni söyürsən,lənətləyirsən.Amma ey insan mən Allahın nəfəsiyəm.Dənizləri mən coşdururam,yarpaqları mən əsərək sənin ayağın altında xəzan edirəm.Yayın istisində günəşin qarşısını mən buludlarla kəsib,sənə sərinlik gətirirəm.Dünyanın hər yerində mən varam.İrqindən,dinindən,dilindən,milliyətindən kimliyindən asılı olmayaraq hər kəs məni hiss edir.Sərhədlərdən keçirəm,qaydaları-qanunları pozuram.Məni bir kimsə həbs edə bilmir bu “şıltalığ”a görə.Həbs edə də bilməz də! Tuta bilsələr həbs edərlər.Əsə-əsə gəlib çıxdım Bakıya.Qulağıma çatmışdı ki, dünyanın harasındasa belə bir şəhər var.”Küləklər şəhəri”.
Bir az vaxt burada özüm üçün gəzib-dolaşmağa başladım.Buranın mədəniyyəti,adət-ənənələri,insanları ilə yaxından tanış olmaq istəyirdim.Mən dünyanın hər yerində olmuşam.Bütün şəhərlərdən,bütün iqlimlərdən,bütün dağlardan,çaylardan,dənizlərdən,okeanlardan,bütün səhralardan keçmişəm.Və ən son dayancaq nöqtəm Bakı oldu.Bir tək buranı görməmişdim.Və gördüm də nəhayət ki.İlk olaraq burada əsməyə başladım.Küləyəmsə əlbəttə ki əsməliyəm.Mənim varlığım və gücüm elə əsməkdədir.Digər yerlərdən fərqli olaraq mən burada qorxa-qorxa əsirdim.Çünki burada azadlığı tam olaraq hiss etmirdim.Hər yer hündür binalarla sanki mühasirəyə alınmışdı.Maneələr çox idi mənə.Səhərlər maşınların,tıxacların əlindən əsə bilmirdim.Hamının üzündən də zəhrimar yağırdı.Bir balaca “hərəkət”-ə gələn kimi insanlar başlayırdılar məni söyüb təhqir eləməyə.”Yenə başladı zibil külək əsməyə “deyərək.”Zibilə qalasan” kimi ifadələr qulağımı deşirdi.Məni təhqir edecekdinsə niyə bu boz şəhərini “küləklər şəhəri” adlandırıb məni də “işə” salırdın ki.Əslində insanları qınamıram.Bir balaca əsməyə başlayanda tikilən bütün obyektlərdən toz duman aləmi bürüyürdü.Bakı da onu məcburən çəkirdi ciyərlərinə və bir az müddət sonra vərəm diaqnozu ilə “ağ ciyər xəstəlikləri instutuna” yerləşdirilirdi.Şəhər toz və laxtalanmış qan hayqırırdı.Ciyərlərindən hər gün bir parça qoparaq onu məhv edirdi.Düzdür mən əsəbləşəndə gözüm heç nəyi görmür.”Ağına-bozuna” baxmadan dağıdıram hər yeri.Bunu bir çox şəhərlərdə təcrübəmdən keçirtmişəm.Haqsızlığa dözə bilməyərək.Amma nəsə Bakıya çox yazığım gəldi.Onu dağıtmaq istəmədim. İnsanların sifətlərindən yağan məzlumluq yağışı mənim qəlbimi isladıb palçığa döndərmişdi.Gecələr hamı yatanda sonra burada hərəkət edirdim.Hündür binaların arasından, üstündən, əsməyə başlayırdım.On altı mərtəbəli binanın yalnızca bir mərtəbəsində ışıqlar yanırdı,yaşayış var idi.Qalan mərtəbələr, mənzillər isə bom-boş idi.Viranəliklər məskəni idi.Bayquşları da görə bilmirdim,onlar da tərk etmişdi bu şəhəri.Çox tənha idi Bakı.Təkcə öz poxlu-zibilli Xəzəri ilə başını qatırdı.Xəzərin sahilləri sevgilərin başladığı və bitdiyi yerlər idi.Buna mən öz “göz”lərimlə şahid olmuşam.Artıq bu şəhərdə qala bilmirdim.Əsib başqa yerlərə getmək istəyirdim.Lakin Bakı məni tutub saxlamaq istəyirdi.Onun nə yağışı,nə qarı var idi.Onlar da bu şəhərdən üz çevirmişdilər.Çünki bilirdilər ki nə vaxt yağmağa başlasalar,şəhərin problemləri artacaq,insanlar da başlayacaqlar söyməyə,deyinməyə.Günəşdə üşüyən şəhər idi.Mən külək yaxşı bir oyunçuyam,nə vaxt ki əsməyə başlayıram,ağacların yarpaqları ilə,dənizlə,buludlarla sanki ele-bil qaçdı-tutdu oynayıram.Mən qovuram onlar qaçır.Amma nə yazıq ki,bu şəhərdə doyunca oynaya bilmirdim.Hər tərəf beton binalar,toz-tozanaq.Hündür binaların damından bəzi insanlar intihar planlarını həyata keçirir ya da ki keçirmək üzrədir.Bunlar yaşayış yox ölüm binalarıdır.Məni bağışla Bakı,mən səni tərk edirəm.Qalsam burada gərəkdir ki,əsim hər yanı dağıdam, amma sənin sakinlərinə yazığım gəlir.Bunu edə bilmirəm.Ona görə də mən gedirəm.Səndə azadlıq yoxdur.Sən yağışsız,qarsız və nəhayət ki küləksiz boz şəhərsən.Təkcə qalan bir günəşin var.O da səni isitmir, yandırır sadece.Belə getsə külə dönəcəksən.O zaman mən qayıdıb sənin külünü havaya, səmaya sovuracam.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+14=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0235 saniye