Ömür qısa, dəyərmi qapıldığın təlaşa?
Bu dünyanın çarxı da tərs tərəfə çalışmaz...
Odur ki, axtar məni təkliyimlə baş-başa,
Sükutunda məst olar, aqil küyə qarışmaz
Hər kəsin işi deyil öz içində göynəmək,
Təvazöylə ruhunda çevrilməni gözləmək
Söyüdlərə haramdır baş qaldırıb oyünmək
Bu üzdən susar onlar, dindirməsən, danışmaz
Həyatında ilk dəfə belə cəncəl görmüsən,
Bir az sitəm eyləyib unudar düşünmüsən,
Sən mənim içimdəki şairi küsdürmüsən
Mən barışsam, xeyri yox, o, səninlə barışmaz
Hər yolun öz yolçusu, öz mənzili deyirlər,
Əzəldən qədərinsə, de, nəyə yarar illər?!
İnsanlar iki cürdür - şairlər və sairlər
Biri eşqdən kül olar, biriysə heç alışmaz