Küsmə, ərik ağacı
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 15:40 17 iyun 2014 tarixində əlavə olunmuşdur

Bir körpə budaqdın gəldin dünyaya,
“O ki, turş alçadır” - çoxları dedi.
Amma çiçəkləyib bara dolanda,
Yerdəki çör-çöp də sənə dost dedi.

Biri əl uzatdı, biri istədi,
Biri lap başında oturdu sənin.
İçinə qapılıb saraldın, amma,
Heç kimin dodağın, üzün büzmədin.

Əydin budağını əl uzadana,
Heç kəsi naümid eyləmədin sən.
Gör neçə ağızda şirin dad oldun,
Özün öz ağzının dadın bilmədən.

Hərə öz dəmində, öz aləmində,
Səndən yığdıqların hələ yeyirlər.
Yanından ötənlər salam verməyir,
“Üstündə nə var ki, onun” - deyirlər.

Ötdü o günlərin, barlı çağların,
Söykənib durmusan indi gövdənə.
Sınmış budaqların, solmuş yarpağın,
Küsüb məlul-məlul, baxırlar sənə.

Sən küsmə heç kimdən, ərik ağacı,
Bu dünya əzəldən belə qurulub.
Nadanlar dövlətə, qızıla, zərə,
Aşiqlər bir ala gözə vurulub.

Sən küsmə heç kimdən, ərik ağacı,
Sənə innən belə salam verməzlər.
Sonuncu qaysını pay eyləsən də,
Ağzın şirin olsun daha deməzlər.

Sən küsmə heç kimdən, ərik ağacı,
Yenə bahar gələr, çiçəyin gülər.
Sənin qiymətinin baha olduğun,
Bu “çürük söyüdlər” yenidən bilər...


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
ulvi.ahmedov@mail.ru
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0241 saniye