Lənətə gələsən!
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:25 28 yanvar 2015 tarixində əlavə olunmuşdur

Gecənin gözqamaşdırıcı geyiminə pəncərə önündə əlində bir qəhvə fincan tutaraq seyr edən Səbuhi dilinin ucu ilə dodaqlarını azca islatdı. Hər nə qədər özünü ələ almağa çalışırdısa, əsəbiliyini gizlətmək müvəffəq olmurdu. Fincanı dodaqlarına yaxınlaşdırıb qurtum aldı. Gözlərini qıyaraq dərindən nəfəsini aldıqdan sonra pəncərə önündən uzaqlaşaraq fincanı masaya buraxdı.

Sabah bacısı Yeganə gələcəkdi. Bacısının 10 illik evlilik həyatının sonu boşanma ilə nəticələnmişdi. Əsas səbəb kimi uşağın olmamasından daha çox, Yeganənin fantaziyaları idi. Yeganənin uşaqlıqda ən böyük arzusu-multimilyarderə ərə getməklə məşhur olmaq idi ki, bu da kənardan absurd görünüşə malik idi. Onun əri bank işçisindən başqası deyildi. Amma gücü yetdiyi qədər Yeganənin bütün kaprizlərinə dözüm göstərsə də, bəzən onun arzuladığı bir şeyi ala bilmirdi, bunun da başqa cür sonu ola bilməzdi.

Səbuhi divanda uzanıb əlinin tərsi ilə alnını örtdü.

-Ha! Guya ki, mənim problemlərim bitib də bacımınkini həll edəcəm. Necə də axmağam! Off! Səbr!-dişlərini bərk-bərk sıxdığından fısıltılı səslə dedi.

Səbuhinin bir oğlu vardı. Hm, belə söyləmək lazımdır əslində: Qeyri-qanuni oğlu. Guya qanuni uşağı var da, qeyri-qanunilik maddəsi ortalıqda atılıb düşür. Hər nəysə. Deməli, bir oğlu var və normal münasibətləri yoxdur. Səbuhinin heç vecinə də deyil ki, oğlu necədir, gününü necə keçirir, nəsə arzulayırmı, heç maraqlanmır da. Sadəcə bilir ki, eyni şəhərdə onun bir oğlu var və işdir-şayəd, şeytan bundan xəbər tutmasa, ayda-ildə bir dəfə onunla rəngsiz gün keçirir. Oğlunun adı Ülvidir, 9 yaşı var. Anası varlı adamla görüşür, gerisi bilinmir.

-Zibilə qalasan, İlhamə! Mənə uşaq lazım idi? Gedib başqasından doğardın da, axmaq!

Sabah onu iki möhtəşəm olay gözləməkdədir. Və buna hazırlıq prosesi ərəfəsində doyunca içmək lazım gələcək. Məsələn, lap elə indilərdə evə təşrif buyurmalı olacaq Cəmilənin sağlığına. Nə qadındır, möhtəşəmliyinə söz ola bilməz. Xüsusən seksual görünən o qırmızı dekolteli donuna görə mütləq içmək lazımdır.

Qalxıb əyləşdi və dizlərinə dirsəklənərək çılğıncasına saçlarını qarışdırdı. Əlini uzadıb jurnal masasında duran şüşəni götürdü. Qədəhi doldurub şüşəni döşəməyə qoydu. Qədəhi qaldırıb dodaqlarına yaxınlaşdırmışdı ki, telefonu zəng çalmağa macal tapdı.

-Lənətə gələsən!-zərblə qədəhi divara çırpıb divandan aralandı.-Bezdim artıq, boğazıma yığdın!

Dəhlizə qədər gələrək asılqandakı gödəkçəsindən telefonu çıxartdı. Ekrana baxdı. Fuad, onun əziz-xələf prodüseri. Əlində bir xeyli tutub nifrət qığılcımları ilə telefondakı ada nəzər yetirdikdən sonra yolunu mətbəxə saldı. Dolabı açıb kiçik çəkic çıxardaraq telefonu masaya atdı və var-gücü ilə çəkici işə salaraq telefonu sındırmağa başladı.

-Səni görüm lənətə gələsən! Məni məhv elədin, həyatımı zibilə çevirdin, cəhənnəmin ortasındayam indi! Sən nə lazım idi, hə? Puldan başqa nəyisə düşünürsən heç olmazsa, əclaf? Məndən istifadə etdin, mənsə maymaq kimi göz yumdum. Kimə lazımdır mənim analoqu olmayan səsim, kimə? Ay məşhur olacaqsan, ay tanınıb seviləcəksən, ay nə bilim nələr-nələr. Məni giclətdin sən, mənsə sırf sənə görə, əziz prodüserim, kobudlaşdım, heç kimi sevə bilmirəm, bacıma, oğluma normal davrana bilmirəm, eqoistdən başqası deyiləm, sənə görə ancaq və ancaq mən varam. Bahalı qara kürünü dəhşət arzuladığım halda dadarkən iyrəndiyimi yəqin ki bilmirsən, hə? O zəhrimar dərmanların ucbatından yatmaq mənə düşmən kəsilib.

Qapının zəngi çalındı. Çəkici hara gəldi atdı, iri addımlarla mətbəxdən dəhlizə keçid edərək gözlüyə baxmadan, soruşmadan qapını açdı. Cəmilə Səbuhinin hal-hazırki halını görməzdən gəlib dodaqlarına öpücük bəxş etdi və bədənini oynada-oynada zala giriş etdi. Səbuhinin bütün üzünü tər bürümüşdü.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0631 saniye