Lənətli istək
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:52 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

 Soyuq qış gecəsi. Şəhər yuxuya qərq olmuşdu. Səssizliyi sürətlə bərabər mahnıların səsini yüksəldən maşınlar pozurdu arabir...

 Qaranlıq küçələrdə tələsik addımlarla yürüyən Faiq ətrafa tez-tez nəzər salırdı. Gözlərində bir vəhşilik vardı. Sanki qarşısına çıxan insanı param-parça etmək istəyi ilə alışıb yanırdı. Ağzından çıxan buz nəfəsi belə qorxuducu təsirini göstərirdi...

 Lənət! Yol bitmək bilmir...

 Daha bir yol. Və...

 Onu gözləyən adam pulunu aldıqdan sonra əlinə 5 kiçik paketi verib dərhal uzaqlaşmağa başladı...

 Faiq qapının kilidini açıb evə girdi. Gödəkçəni, uzunboğaz çəkməsini, papağını bir kənara atan kimi anasını qarşısında gördü. Qadın oğlunun üzünə baxan kimi məsələni bütün çılpaqlığı ilə anlayıb şillə çəkdi. Faiq vəhşiləşib anasını ayaqlar altına salıb döyməyə başladı...

 Divanda əyləşib yaşadığı həzz dolu anların beynində yaratdığı  mənzərədən gic-gic gülümsəməsində idi. Jurnal masası üzərindəki narkotik maddələrin azlığı belə onun dünyasını zədələmirdi. Anası isə ölmüşdü artıq...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0354 saniye