Lerikim şeiri Rüstəm Sadiqli
Rüstəm Sadiqli tərəfindən "Şeir" bolməsinə 23:41 10 iyul 2018 tarixində əlavə olunmuşdur

Azərbaycanın dilbər güşəsi Lerikə  həsr olunmuş şeir

Köksüm də döyünən ürəyimsən sən.
Arxamda dayanan dirəyimsən sən.
Gücümün quvəsi, biləyimsən sən 
Ömrümün baharı gözəl Lerikim  

Sənin təbiətin ruhun işığı
Allahdan almısan bu yaraşığı
Dağların yan-yana sulh sarmaşığı
Dostluqlar diyarı gözəl Lerikim  

Nəfəsi içimə çəkdiyim zaman
Həyatı yazıram elə bil başdan
Bir an uzaqlaşıb dava,dalaşdan
Anıram səcdə ilə yarı Lerikim  

Tay tapa bilmədim dünyada sənə
Yaradan nur verib maya da sənə
Gərçəkdə bir zirvə,ruya da sənə
Deyərim safligin qarı Lerikim  

Qonaqpərvər oğlun var, qizın var
Təpə,dağın yam yaşıldır, düzün var
Bir cənnətsən sənin bir tək üzün var

Ucal yüksəklərə,yuxarı Lerikim... Müəllif : Rüstəm Sadiqli


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0324 saniye