Leysan olub göz yaşım,dolmuş o ümman deyir..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:21 02 iyul 2015 tarixində əlavə olunmuşdur

Leysan olub göz yaşım,dolmuş o ümman deyir.
Məcnun olub dərdi çək.qəmdən alış-yan,deyir.

Gər dilədim dərdinə dərman olum,olmadım
Bimar olub,dərdinin çarəsi loğman-deyir.

Vədə verib,əhd edib,əhdinə sadiq qalıb 
Sultan olub taxtıma bir gecə mehman deyir.

Onsuz ötür günlərim daima ah-zar ilən,
Zənni yerim hər zaman külbeyi-ehsan deyir

Meydən uzaq olmağım çox da güman etdilər,
Könlüm evim olmuşam,Mövluda,viran deyir.

12.12.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0405 saniye