Linkolna prezidentlikdə kömək edən 11 yaşlı qız
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:23 07 dekabr 2015 tarixində əlavə olunmuşdur

ABŞ-ın 16-cı prezidenti olmuş Avraam Linkolnu, demək olar ki, hamı tanıyır.

Amma çox az adam bilir ki, ona saqqal saxlamağı Nyu-York ştatının kiçik bir şəhərciyində yaşayan 11 yaşlı qız məsləhət görub.

15 oktyabr 1860-cı ildə ABŞ prezidenti Avraam Linkoln Qreys Bedel adlı 11 yaşlı qızdan bir məktub alır. Bu qız Nyu-York ştatının Vestfild (Westlfield) şəhərciyində yaşayırdı və seçkilərdə Linkoln tərəfdarlarından idi. Linkolnun sifətinin çox arıq olduğunu düşünərək ona saqqal saxlamağı məsləhət görür və bunu məktubunda qeyd edir.

11 yaşlı qızın Linkolna yazdığı məktubun məzmunu belə olub: “Mənim 4 qardaşım var. Onlardan biri seçkilər keçirilərkən sizə səs verəcək. Amma siz saqqal saxlasanız, mən digər qardaşlarımı da məcbur edərəm ki, sizə səs versinlər. Siz saqqal saxlasanız daha da təmkinli görünəcəksiz. Sifətiniz çox arıq olduğuna gorə saqqal sizi daha yaxşı göstərəcək. Saqqal bütün xanımların xoşuna gəldiyi üçün onlar öz yoldaşlarını və ya istəklilərini məcbur edəcəklər ki, sizə səs versinlər. Və beləliklə də siz prezident seçiləcəksiniz”.

Linkoln bu kiçik qıza 19 oktyabr 1860-cı il tarixində belə cavab verir: “Mən əvvəllər heç vaxt saqqal saxlamamışam. Sizə elə gəlmir ki, mən əgər saqqal saxlamağa başlasam, məni axmaq hesab edə bilərlər?”.

Linkoln kiçik qıza yazdığı cavab məktubunda saqqal saxlamağa etiraz etsə də, qızın məsləhətinə qulaq asır və saqqal saxlamağa başlayır.

6 noyabr 1860-cı ildə Linkoln Demokratlar Partiyasından olan rəqibinə qalib gəlir və ABŞ-ın 16-cı prezidenti seçilir. Bu zaman Linkolnun 51 yaşı vardı.

Linkolnun saqqal saxlaması heç də hamının xoşuna gəlmirdi. Hətta bəziləri üçün onun saqqal saxlamağı bir faciəyə çevrilmişdi. Beləki, o zamankı məşhur biznesmenlərdən biri, Sprinqfild şəhərindən olan Milton Bredli Linkolnun saqqalsız, üzü sığallı, təraş olunmuş şəklini yüz minlərlə çap elətdirir. Bu şəkilin satılmaması üçün şəkillərin hamısını biznesmen cırıb atır və bir qədər ziyana düşür.

Linkoln ömrünün son 4 ilini saqqal saxlamışdır və həmişə deyirdi ki, o, kiçik bir qızın məsləhətilə saqqal saxlamağa başlayıb.

Çox maraqlı bir fakt: Prezident Linkoln İllinoysdan Vaşinqtona gedərkən inauqurasiya nitqi söyləmək üçün Vestfiled şəhərində dayanır. Nitqinə başlamamışdan əvvəl ora toplaşanlardan soruşur ki, onların arasında Qreys adlı birisi varmı? Toplananların arasından bir nəfər əlini yuxarı qaldırır və deyir: - “Var”. Linkoln həmin qızı yanına çağırır və onun əlini yuxarı qaldıraraq deyir: “Mən ABŞ prezidenti seçildiyimə görə, bu kiçik qıza minnətdaram”. Bu qız, - Linkolna məktub yazan həmin 11 yaşlı qız idi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0247 saniye