lirik hekayə
Sən An tərəfindən "Şeir" bolməsinə 16:32 10 yanvar 2015 tarixində əlavə olunmuşdur

söküldü xatirələrim,

bir hissəsi tozlar altında,

bir hissəsi sözlər altında.

 

bir tərəfdə hündür binalar,

gözlərimi qamaşdırır.

 parıldayan aynalar,

mənə özümü göstərir,

heç birində keçmişim qalmayıb.

və düşünürəm ki,

 mənim də  artıq buralarda

bir  işim qalmayıb.

 

söküldü xatirələrim.

yadımdadır,

bir yol vardır,

 amma çox darısqaldır.

kənarında köhnə evlər,

çiçək ətirli pəncərələr.

ona gözəllik verirdi,

və geniş görsənirdi.

 

həmin o küçə, çıxmır yadımdan

axşamlar uşaqların hay-harayı,

sevincləri,gülüşləri

getmir qulaqlarımdan.

 

söküldü xatirələrim.

oranın insanları,

qocaları, cavanları,

çox xoşbəxt idi.

bir qız vardı,

sulayırdı dibçəkləri,

taxıb telinə çicəkləri

oralardan keçəndə mən,

mənə baxıb gülümsəyərdi.

 

aşiq olmuşdum ona.

istədim bir gül dərib verim ona.

sevgimi etiraf eləyim.

amma,söküldü oralar.

itirdim o qızı,

tapdım yalnızlığı.

söküldü xatirələrim,söküldü sevgim.

sadəcə yaşayır o keçmiş küçələrdə.

 

söküldü.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0341 saniye