Lisa Alvarez`in qəribə hekayəsi (4-cü hissə)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 16:42 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bölüm 4

Harada olduğunu fikirləşməyə başladı qız. Otaqda hər tərəf ağ idi. Yer, divar və üzərindəki paltar belə. İlk öncə gözlərini aça bilməsə də sonra yavaş – yavaş açmağa başladı. Otaqdakı dərman qoxusundan başa düşdü ki xəstəxanada idi. Niyə burada olduğunu anlamağa çalışdı. Sadəcə Olneira`nın danışdığı hekayə ağlında qalmışdı. Qız əlbəttə inanmamışdı onun dediklərinə. Onun dedikləri, qeyri – mümkün idi. Amma istər – istəməz içinə bir şübhə düşmüşdü. Bütün dedikləri doğru ola bilərdi ?
Niyə burada olduğunu xatırladı. İçdiyi bir ovuc dərmana görə. Hərəkət etməyə çalışdı amma bacara bilmədi. Nə vaxtdan bəri burada olduğunu yadına sala bilmirdi. Çətində olsa hərəkət eliyə bildi. Qolundakı iynələr ona problem yaradırdı amma o hər ehtimala qarşı iynələrə toxunmadı. Evin yanındakı xəstəxanada olmalı idi. Hər zaman otağından xəstəxanaya baxaraq öz – özünə fikirləşərdi “ Görəsən bir gün ora gedəcəm və getməyimin səbəbi nə ola bilər ?” amma heçvaxt belə bir hadisə ilə bura gələcəyini fikirləşməzdi.
“ Yaxşısan ? ” birdən qız diksindi Olneiranın səsini eşidib. Qızın əsəbi halda ona baxıb iynələri çıxartdığını gördü “ Nə olub ? “ dedi. Lisa qəzəblə danışmağa başladı.
“ Nə olub ? Mənə nə olub ? Nə olduğu bəlli deyil ? Həyatımı məhv eləyidini görmürsən ?! İndi xəstəxada olmaq yerinə dostlarımla gəzə bilərdim. Amma sənin varlığın həyatımı məhv eləyir. Yoruldum insanların mənə xəstə kimi davranmasından. Düzdür uşaqlığımda səninlə oynayır və vaxt keçirdirdim çünki həyatı başa düşmürdüm amma indi.. İndi sən mən həyatımı məhv eləyirsən. Səhər dediyin sözü xatırlayırsan ? 19 ildir yanımda olmağını. Əgər yanımdaydınsa yəqin ki ailəmin mənə olan hisslərini görə bilərdin. Sanki təzə alınmış və bir müddət sonra xarab olan qol saatı kimi idim. Heç bir işə yaramasamda evin bir küncündə oturub səninlə oynayardım. Amma böyüdükcə onların mənə qarşı olan hisslərini daha da yaxşı görməyə başladım. O evdən qaçmaq üçün hərşeyi edirdim. İntihar cəhdlərimdən sonra mənim `dəli` olduğumu anladılar və bu evə gətirdilər. Bura gəldiyim üçün çox sevinirdim. Amma sən.. Sən məndən burada belə əl çəkmədin. Ailəmin məni görməyə gəlməməsinin tək səbəbi elə sənsən. Əgər sən olmasaydın həyatım daha yaxşı olardı. İndi başa düşdün gözlərimdəki qəzəbin səbəbini ?“
Sakitləşdikdən sonra Olneira danışmağa başladı.
“Məni diqqətlə dinlə Lisa üzr istəyirəm hər şeyə görə amma sən mənə lazımsan. Mənim vəziyyətim səndən daha da pisdi. Səni, səndən daha yaxşı başa düşdüyümü demişdim amma dünyam dağılmaq üzrədi sənə ehtiyyacım var daha doğrusu bütün Marius xalqının sənə ehtiyyacı var. Bir görüntü göstərəcəm sənə ,bəlkə, onda başa düşərsən mənim nə demək istədiyimi.” dedi və yox oldu. Lisa gözləməyə başladı həyəcanla. Otaq birdən – birə dəyişməyə başladı. Otağın ağ divarları yox olmuş və onun yerinə bambaşqa bir dünya gəlmişdi. Buraya necə gəldiyini fikirləşən zaman Olneira`nı gördü. Olneria qadın idi. İndiyə qədər gördüyü ən gözəl qadın. “ Olneira ?” dedi öz – özünə. Mavi saçlı qadın qara gözləri ilə qıza baxaraq dedi.
“ Hə, Olneira mənəm. Köhnə Olneira. Bura mənim dünyamdı. Bu hadisələr Nora 4065 ilinə aiddi. İlk vaxtlar hər şey yaxşı idi amma sonra indi gördüyün bu varlıqların üsyanı dünyamızı bu hala saldı. Sən indi Alius ölkəsindəsən. Sadəcə Alius yox; Mertvin, Raktis, Fentin kimi ölkələrdə də belə hadisələr çoxalıb.” Lisa`nın həyəcandan əlləri və ayaqları titrəyirdi. Hər tərəf də müharibə var idi. Hər tərəfdə üsyan var idi. Bu Lisanı daha da qorxudurdu. Yüksək bir yerdə durduqları üçün hərtərəfi rahat görmək olurdu. Sonra Olneira “Blueblood”gölünün digər tərəfindəki müharibəni görsədərək danışmağa davam etdi. “ `Golden Springs` döyüşü. 1 həftə əvvələ qədər Bir biri ilə müharibə aparan bu iki şəhər – Eqrico və Yico şəhərləri yüzillərdir bir biri ilə ticarət və dostluq əlaqələri saxlayırdılar. Amma bu şəhərlərin dostluğundan paxıllanan yeraltı dünyasının başçısı Khandor onların arasını pozmaq üçün əlindən gələni edirdi. Hər iki şəhər ilə dostluq əlaqəsi saxlayan Khandor öz adamlarına, Eqrico şəhərinin başçısı Farneivurun oğlunu öldürüb sonra onun sinəsinə Yico şəhərinin işarəsi olan `Qızıl Aslan` işarəsini çəkmələrini əmr etmişdi. Bu hadisədən sonra Farneivur öz ordusunu toplayaraq Yico şəhərinə gələrək, oranın başçısı Anpecto`ya oğlunun intiqamını alacağını dedi. Anpecto`nun heçnədən xəbəri yox idi. Öz oğlunu və bir neçə dostunu danışıqlar aparması üçün Farneivur`un yanına göndərdi amma baş verəcək hadisədən xəbəri yox idi. Şəhərin qapısı açıldıqdan bir neçə saniyə sonra Farneivur`un adamları Anpecto`nun dostlarını oradaca öldürüb oğlunu əsir götürdülər. Anpecto Farneivur`a oğlunu qaytarması üçün nə qədər yalvarsa da nə qədər pul təklif eləsədə Farneivur oğlanı öldürüb üzərinə Eqrico şəhərinin işarəsi olan `Qırmızı Qartal` işarəsini çəkdi. Bundan qəzəblənən Anpecto hirsindən qarşısına keçən hərkəsi öldürərək zirehini geyinməyə getdi. Çünki, sadəcə bir oğlu var idi. Anpecto öldükdən sonra oğlu onun taxtında oturacaqdı. Yüzminlərlə Eqrico ordusu təxminən on dəqiqə ərzində döyüşə hazır vəziyyətdə oldu. Qapılar açıldı və Alius tarixinin gəlmiş – keçmiş ən böyük müharibəsi başladı və gördüyün kimi döyüş hələ də davam edir. Mənə görə bu döyüşün sadəcə bir qalibi olacaq, o da Khandor`dur. Sənə qısaca danışdım bu haqda əgər “Marius Tarixi” kitabını oxusan orada daha açıqlayıcı şəkildə yazılıb. Khandor, Farneivur, Anpecto haqda çoxlu maraqlı məlumatlar var. Sizin dünyada öldükdən sonra o insan haqqında tarix yazılır amma bu dünyada isə hal hazırda yazılır. Bu dünyada sadəcə 3 tarixçi var onları gələcək də tanıyacaqsan.
Nəfəs nəfəsə qalaraq Olneiradan soruşdu.
“Yaxşı bəs digər şəhərlərin üsyan çıxartmalarının səbəbi nə idi ?” Olneira bu sualı gözləyirdi. Və qıza baxaraq dedi.
“19 il əvvəl mənim köhnə bədənim öldükdən sonra bu varlıqlar başsız qaldılar və üsyan çıxartmağa başladılar. Sənə bayaq dediyim kimi Olneira körpü deməkdi. Əgər buranı idarə edən biri olmasa bu dünyanın sonu heçdə gec olmayacaq.Mənim köhnə bədənimin öldüyü gün sənin doğulduğunu və səndə olan bu enerjinin məni birbaşa sənə çəkməsini demişdim. Buna görə sənin köməyinə həqiqətən çox ehtiyyacımız var. Əgər yox desən qarşında dayanan dünya və mən yox olacayıq.” Lisa çıxılmaz vəziyyətdə idi. Nə edəcəyini bilmədi. Bütün cəsarətini toplayaraq Olneira`nın təklifinə cavab verəcəyi zaman qulağına səs gəlməyə başladı.
“ Lisa… Lisa oyan… Lisa” yuxudan oyanmasına baxmayaraq bir müddət gözlərini aça bilmədi.
“ Təzyiqi normal idi amma nədənsə düşməyə başladı. Səbəbini bizdə bilmirik niyə belə oldu “ dedi həkim Mary. Sonra Lisa`nın ayıldığını gördükdən sonra həkimlər rahat oldular. Qıza iynə vurub rahat olması üçün otaqdan çıxaraq onu tək buraxdılar. Lisa ilk öncə gözlərini aça bilmədi amma sonra cəld çarpayıdan qalxaraq öz – özünə danışmağa başladı.
“Olneira ? Marius ?”


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
joker3@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye