Lisa Alvarez`in qəribə hekayəsi (5-ci hissə)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 14:25 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bölüm 5

“ Lisa yaxşısan ? Çox qorxutdun bizi. Bayaq anan və atan gəlmişdi kaş biraz daha gözləyərdilər. Nə istəyirsənsə de hazır edim ” Evin aşbazı tələsik danışırdı. “ Ya da ən yaxşısı gedim həkim Watson`u çağırım” deyərək pəncərəni açıb otaqdan çıxdı xanım Caroline.

Xanım Caroline – Ömrünün 30 ilini burada keçirən xanım Caroline`nin həyat hekayəsi ən acınacaqlı olanı idi. Afrikalı olan qaradərili xanım Caroline`nin buralara qədər gəlməsi həqiqətən bir möcüzə idi. Afrikada olarkən həyatı demək olar ki səfalət içərisində idi. Çörək almağa belə pulu bəzən çatmadığından bazarın arxasındakı zibillikdən bura atılan meyvələri evə aparırdı. İki oğlunun olması onun üçün xoşbəxtlik olsa da bu sevinci çox çəkməyəcəkdi. Əri dörd il əvvəl xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çox yaşaya bilmədi. Hətta uşaqlarının üzünü belə görmədən ölmüşdü. Afrikanın ucqar bir kəndi, iki uşaq və xanım Caroline. Bir müddət sonra xəstəxanada iş tapdığı üçün bəlkə də ondan xoşbəxt adam ola bilməzdi. İlk həftə hərşey yaxşı idi. İşə vaxtında gedir vaxtında gəlirdi. Verdikləri pul o qədər də pis deyildi. Ən azından üç nəfərlik ailə üçün bəs edərdi. 19 may. Həmin günü heçvaxt unutmayacaqdı. Normal bir iş günü idi. Həmişəki kimi uşaqları üçün yemək hazırlayıb stolun üzərinə qoyub işə getmişdi. Amma bir şeyi unutmuşdu. Uşaqlarının dörd yaşında olması. Saat 08:30 – da evdən çıxaraq işə getdi. Göyüzü yamyaşıl idi. Bügün heçnə onun kefini poza bilməzdi. Xəstəxanaya daxil oldu və bəzi xəstələrin yanına baş çəkdi. Sonra otağına qayıtdığı zaman yanğınsöndürən maşınların və xəstəxana maşınlarının arxa – arxaya getdiyini gördü amma o qədər də fikir vermədi. Otağının qapısını açdı və stulda oturdu. Sadəcə 2 dəqiqə sonra xəstəxananın qarovulçusu qoca Hanks içəri daxil olaraq nəfəs nəfəsə qaldı. Və son cümləsini deyib yerə yıxıldı. “Evinizdə yanğın çıxıb”. Əlləri titrəməyə başlamışdı. Otuz dəqiqəlik yolu on dəqiqə içərisində qaçaraq evə çatdı. İnsanların evinin qabağına yığışdığı üçün evin qapısını görə bilmirdi. Onları bir – bir araladıqdan sonra qapıya çatdı və gördüyü səhnə ömrünün sonuna qədər yadından çıxmayacaqdı. Üstlərində ağ rəndə örtük olan iki uşaq. Örtük uşaqların gecə qaranlığı kimi qapqara olan ayaqlarını gizlədə bilməmişdi. Araşdırmalar nəticəsində məlum oldu ki, qaz açıq qalmışdı və uşaqlarda oynayarkən çox güman ki yandırıcı maddədən istifadə etmişdilər. Ərinin ölümündən dörd il sonra iki oğlunun ölümünü görən xanım Caroline öz əlləri ilə uşaqlarını dəfn etdikdən sonra yaxşılaşması üçün bir il xüsusi həkimlər tərəfindən müalicə gördü. Artıq burada qalmağın bir faydası olmayacağını anladıqdan sonra Amerika`ya gəldi. Qaradərili olduğu üçün ona heçkim yaşamağa otaq vermirdi hətta işləməyə belə icazə verilmirdi. Artıq hərşeydən sıxılıb körpüdən intihar etmək istədiyi zaman bir nəfərin ona yaxınlaşdığını gördü. Həmin adam hər axşam bura gəzintiyə gələn həkim Watson`dan başqası deyildi. Uzun söhbətdən sonra razılaşıb onunla bərabər həmin evə “Goodlife House” gəldilər. Burda işlədiyi zamanlar başına pis-yaxşı çox hadisə gəlmişdi amma ən qəribəsi bu evin yanması olmuşdu. Evdə bilinməyən səbəblər üzündən çox böyük yanğın çıxmışdı. Hamı çölə qaçmışdı ancaq 10 nəfər uşaq evdə qalmışdı. bunların arasında Lisa`da var idi. Yanğınsöndürənlərin gecikdiyini görən xanım Caroline həyatını heçə sayaraq içəri daxil oldu. Digər doqquz uşağı xilas etdikdən sonra Lisa`nın otağı ən axırda olduğu üçün onu axırıncı çıxartmalı oldu. Qapını açdı və təəccübləndi. Bütün otaqlar yanmışdı amma Lisa`nın otağına heçbir şey olmamışdı. Daha təəccübləndiyi şey isə Lisa`nın otaqda öz-özünə danışmağını görməsi idi. Sanki görünməyən bir varlıq ilə danışırdı. Və sonra Lisa haqqında olan fikrini bir kənara qoyub cəld içəriyə daxil olaraq onu da çölə çıxartmağı bacara bildi.

On dəqiqə sonra Lisa hər şeyi xatırlamağa başladı. “ Bunların heçbiri gerçək ola bilməz” başı çox şiddətlə ağrıyırdı yenə dərman içmək istədi amma baş verən son hadisələrdən sonra fikrindən əl çəkməli oldu. Bəlkə bunlar gerçək idi ? Olneiranın üzü, gördüyü hadisələr və başqaları. Qız nə qədər inkar etsə də bütün bunların gerçək olmasını istəyirdi.
Bəlkə də həqiqətən dəli olmuşdu. Əgər onu dəlixanaya aparsaydılar ? Heç vaxt buna icazə verməzdi. Doğrusu qız hadisələrin gerçək olmasını istəyirdi. Çox istəyirdi həm də oxuduğu kitablardakı, baxdığı filmlərdəki dünyalar kimi idi. Ancaq bir problem vardı. Əgər Olneira`nın bu təklifini qəbul edərsə nə olacaqdı ? Küləyin sərin havası onun qara saçlarını havalandırmağa davam edirdi.

“Lisa. Oyanmısan ?” soruşdu həkim Watson. Lisa`nın yanına gələrək qızın başını əlləri arasına aldı.

“Dedim bəlkə heç oyanmayacaqsan ? Niyə ayağa qalxdın ?”

“Başım ağrıyır biraz” çox danışmaq istəmirdi. Tək istədiyi Olneira`nı görmək idi. Otaqda hər tərəfə baxdı amma onu görə bilmədi. “Bəlkə öldü ?” deyə öz özünə danışdı. Ancaq bir ruhun öləcəyi fikri özünə də gülməli gəlmişdi. Bəlkə digər dünyada qalıb bəlkə də heç gəlməyəcək. O zaman nə edəcəkdi ? Ola bilsin ki qızın onu çağırmasını gözləyirdi. Gözlərini bağlayaraq..

“Olneira əgər vaxtın olsa yanıma gələ bilərsən ?” belə deməsi doğru idi ? Əlbəttə yox.

“Olneira, sənə ehtiyyacım var” belə daha yaxşı olmuşdu. Görəsən eşitmişdi ?

“Nə edirsən, yaxşısan ?” həkimin səsi onu dünyaya döndürdü.

“Nə ? Buyurun, hə şey. Mən yaxşıyam sadəcə yuxu gördüm.” “Yuxu gördün ?” çox bərbad bir bəhanəsi var idi.

“Nəysə, paltarlarını geyin. Gedim Xanım Caroline`ni çağırım bir yerdə gedək. Buradan çıxmağın vaxtıdır. Sıxılmağa başladım bu yerdən.”

“Hə məndə” deyib paltarlarını geyinməyə başladı qız.

Paltarlarını dəyişib otaqdan çıxdıqdan sonra son dəfə otağa baxdı. Olneira orada yox idi.
Heç kimə görünmədən otağına getdi və çarpayısına uzandı. Düşünməyə başladı. Təxmini dörd gün xəstəxanada qaldı amma bu dörd günü heç vaxt unutmayacaqdı. Kim başqa bir dünyaya gedib orda qəribə varlıqları görüb unuda bilərdi ki ?
Tam yatacaqdı ki, “Lisa, anan və atan gəldi” sözünü eşidib cəld oyandı. Tez paltarlarını dəyişib onların yanına getdi.

Alvarez ailəsi köklü bir ailədən gəlirdi. 18 – ci yüzilliyə dayanan bir soy kökü var idi. Yaşadıqları Yorkland adlı qəsəbə onların həm cəhənnəmi həm də cənnəti olmuşdu. Çox sakit bir qəsəbə olmasına baxmayaraq qəribə adət – ənənələri olması ilə tanınırdı. Əgər buradan bir nəfər birdəfəlik ayrılarsa həmin adam bir daha buraya geri dönə bilməzdi. Ona görədə insanların çoxu geri dönə bilməmək qorxusundan qəsəbəni tərk eliyə bilmirdilər. Ailəsi Lisa`nın fərqli davranışını görüb onu xəstaxanaya aparmaq istəyirdilər amma sonra fikirləşirdilər ki, əgər Lisa getsə bir daha qayıda bilməyəcək. Lisa`da bu qəsəbəni heç vaxt sevməmişdi. Uşaqlar bir – birləri ilə həyətdə oynayanda Lisa bir qıraqda oturub gözəgörünməz dostu ilə danışırdı və xoşbəxt idi. Qəsəbənin yarısı Alvarez ailəsini tanıdıqlarından Lisanın xəstəliyi haqqında da çox məlumat eşitmişdilər. Ailəsi Lisa`nı sevirdi amma “ətrafdakı insanlar nə deyər ?” fikri ilə yaşamaq istəmirdilər. Ona görə də hər şeyi boş verərək Lisa`nı qəsəbədən çıxardaraq yeni bir xəstəxana axtarmağa çalışdılar və tapdılar.

“Lisa…Qızım yaxşısan ?” dedi xanım Alvarez yalançıq üz ifadəsi ilə gülərək.

“Hə yaxşıyam” dedi eyni üz ifadəsi ilə Lisa qısaca.

“Ata sən necəsən?” dedi. Atası ilə arasında heç səmimiyyət yox idi.

“Qardaşım niyə gəlmədi ?” qardaşını sonuncu dəfə 3 il əvvəl görmüşdü. Bacısını istəmədiyinə görə gəlib getməyi dayandırmışdı.

“Lisa özündə bilirsən ki, universtet də oxuyur, axşamlar isə işləyir ona görə vaxt tapa bilmir” cənab Alvarez bunları dediyinə heç özüdə inanmırdı. Yəni 3 ildə heç vaxt tapa bilmirdi ? Hər şeyi anlamışdı qız. Atasının yalanına inandığını üzündəki gülümsəmədən göstərdikdən sonra on dəqiqə söhbət etdilər. Və sonra da sağollaşdılar.

Otağına getdikdən sonra pəncərənin qarşısına gəldi. Axşamın sərin havası onun gözlərini sulandırmışdı. Ağlamaq istəyirdi amma anladı ki ağlamaqdan heç bir şey olmayacaq.

Köməksizdi, əlacı yox idi və xoşbəxt deyildi.

“Olneira olmağa hazıram” dedi öz – özünə çox ciddi olaraq. İtirəcəyi heç bir şeyi yox idi. Ailəsi onunla maraqlanmırdı. Aldığı hər nəfəsi başqasının həyatından oğurlayırdı elə bil. Bəs ölsəydi ? Ölmək yaxşı qurtuluş yolu idi Lisa üçün.

“Olneira haradasan ?. İstəmədiyim zamanlar yanımda deyilsən amma sənə ən çox ehtiyyacım olduğu zaman görünmürsən ”

Cavab gəlmədi. Olneira otaqda yox idi. “Bəlkə yeni bir bədən tapıb bəlkə də yaxşılaşıb. Amma Lisa yaxşılaşmaq istəmirdi. Bədənini Olneira`ya verməyə hazır idi. Və sonra gözlərini bağlayaraq.

“Olneira gəl… Mən hazıram” dedi cəsarətini toplayaraq.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
joker3@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye