Bölüm 1
Siz heç yuxunuzdan uca bir yerdən düşmək və ya ayağınızın bir şeyə ilişib yıxılmaq hissi ilə oyanmısınızmı ? Bu hiss ilə yuxudan oyanan Lisa cəld çarpayısını düzəldib güzgünün qarşısına keçdi. Saçlarını darayan zaman günəşin isti şüaları onun qəhvəyi gözlərini mavi rəngə çevirmişdi. Radioda bəyəndiyi mahnılardan olan “ Bobby McFerrin – Don`t Worry Be Happy ”mahnısı gedirdi. Mahnını dinlədiyi zaman gözünün qarşısından hər zaman olduğu kimi bu dəfə də ağ rəngdə buxara bənzəyən bir şey keçdi. Lisa`nın yerində kim olsaydı qorxusundan çölə qaçardı. Amma Lisa buna öyrənmişdi. Anadan olduğu gündən bəri “onlar” Lisa`nın ətrafında idilər. Uşaq vaxtı çox əylənirdi bu varlıqlarla, onları tutmaq istəyir və danışırdı. “Onlar” la nə danışmaq olur nə də toxunmaq olurdu. Varlıqlar onu tək buraxmırdılar hər zaman yanında idilər. O, bu varlıqlardan qurtulmaq istəsə də “onlar” Lisa`nı tək buraxmırdılar. Ailəsi Lisa`nın fərqli davranışını görüb onu bu tip xəstəliyi olan insanların olduğu xəstəxanaya aparmışdılar. Ancaq bu xəstəlik sadəcə Lisa`da var idi. Bəlkə də xəstəlik deyildi. Lisa xüsusi bir evdə qalırdı. Belə xəstəliyi olan insanların olduğu 3 mərtəbəli böyük bir evdə. “ Goodlife house ”. 1865 - ci ildən bəri fəaliyyət göstərən bu evi digərlərindən fərqləndirən əsas xüsusiyyəti o idi ki, burada heç bir zaman insanların başqa bir şəhərə və ya başqa bir ölkəyə getməsinə icazə verilmirdi. Ailələri belə icazə almalı olsa da. Amma yaxşı cəhəti o idi ki, bura ölkənin ən yaxşı evlərindən biri idi. Daha doğrusu xəstəxanası idi, ancaq buranın işçiləri xəstəxana deyilməsindən bəyənmirdilər. Çünki onlar buradakı insanlara xəstə kimi baxmırdılar. Sadəcə yaxşı olacaqlarına inanan bir insan kimi baxırdılar. Buradakı hamı bir gün yaxşı olacağına inanırdı. Hətta prezident belə 2 dəfə buraya ziyarət etmişdi. Ailələri istədikləri zaman onları gəlib görə bilirdilər.
Bunun lənət olduğunu yoxsa bir hədiyyə olduğunu bilmirdi. “Onlar” dan qurtulmaq üçün əlindən gələni edirdi.Hətta daha da irəliyə gedərək “Ghostbusters” filmindəki kimi tozsoran ilə onları çəkməyə başlamışdı. Amma bunun xeyri yox idi. Əslində Lisa nə qədər çalışsa da “onlar” dan ayrı qala bilmirdi. Ayrı qaldığı zamanlar nəfəsi kəsilir, başı ağrıyır və ya başı dönürdü. “Onlar” öz aralarında bilinməyən bir dillə danışırdılar. Düzgün tipləri ya da cinsiyyətləri yox idi. Amma Lisa “onlar”ı `qız` kimi görürdü.
Məktəbdə həmişə tək dolanardı. Normal bir insan idi, heç bir bacarığı olmayan. Bəzi məşğuliyyətləri var idi. Film izləmək, kitab oxumaq, musiqi dinləmək, şokolad yemək və.s. Heç bir dostu yox idi. Sadəcə bir - iki nəfərdən başqa. Onlarda Lisa`nın xəstə olduğunu bildikdən sonra yavaş – yavaş uzaqlaşırdılar. Sanki o görünməz bir insan idi. Heç kim ona fikir vermirdi. Yeməyini götürüb öz otağına çəkilib orada yeyərdi. Evdə belə onu `dəli` kimi görürdülər. Digər uşaqların ailəsi həftədə üç və ya dörd dəfə gəlirdisə Lisa`nın ailəsi həftədə bir dəfə gəlir ya da heç gəlmirdi.
“Onlar” sanki Lisa`nın ana atası kimi idilər. Bir dəfə biləyini kəsmək istəyərkən “onlar” dan biri bıçaqla Lisa`nın arasına girərək “bunu heç vaxt etmə” demişdi. Əslində deməmişdi sadəcə Lisa elə anlamışdı. Yenə bir gün yuxusundan cəld oyanıb qalxan zaman indiyə qədər danışmayan “o” danışdı.
“Olneira”