Lisa Alvarez`in qəribə hekayəsi (Bölüm 2)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 13:00 03 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bölüm 2

“Olneira ?” Nə olduğunu başa düşməmişdi qız. İçində qorxu və həyəcan hissi var idi. “İllərdir danışmayan `O` danışmışdı yoxsa mən səhv anlamışam ?” deyə öz özünə fikirləşərkən yenidən həmin sözü eşitdi. “Olneira”.
Lisa nə edəcəyini bilmirdi. Pəncərənin yanına gələrək sərin havanı içinə çəkdi və gözlərini qapadı. Başı ağrımağa başladı bəlkə də indiyə qədər heç belə baş ağrısı olmamışdı. 15 dəqiqə əvvəl oyanmasına baxmayaraq dərmanlarını içib yenidən yatmaq istədi amma yenə həmin sözü eşitdi. “Olneira”.  “ Mənə deyir yoxsa.. ? ” deyə öz özünə danışarkən “O” cavab verdi “Hə, sənə deyirəm” dedi normal bir səslə.

“Mənim adım Lisa Alvarez`di. İllərdir bir addım belə yanımdan uzaqlaşmamısan hələ də adımı bilmirsən ?”

Lisa Alvarez - 19 yaşında, qara və orta boy uzunluqda saça, qəhvəyi gözə sahib olan bir qız idi. Nə gözəl nə də ki çirkin bir qız idi. Normal bir insana bənzəməsinə baxmayaraqdünyada hamıdan fərqli biri idi.

“ Olneira sən bizə …”

 “Sənə dedim axı mənim adım Lisa Alvarez`di. Bəlkə də ailəm haqlı idi mən həqiqətən dəliyəm. Gedib həkim Watson`u görməliyəm” deyib qapını çırparaq otaqdan çıxdı. Heç kimə salam vermədən birinci mərtəbəyə endi. Cəld həkimin otağına daxil olaraq “Həkim Watson yenə onu gördüm amma bu dəfə mənimlə danışdı və mənə bir söz dedi amma xatırlamıram, səsi normal bir insanın səsi kimi idi” dedi bir nəfəsə. Həkim bir stəkan su verərək danışmağa başladı.

“Lisa..Lisa sakit ol və otur. Dərmanını qəbul etmisən ?” soruşdu həkim.

Həkim Watson – İnsanlara kömək etməyi sevən həkim Watson`un həyatıda digərləri kimi heçdə yaxşı olmamışdı. 23 il əvvəl özəl bir xəstəxanada işlədiyi zamanlar şəhərin ən məşhur həkimlərindən biri idi. Bir bazar günü ailəsi ilə birlikdə tətilə gedəcəkdi, amma bu tətili istədiyi kimi olmadı. Evdən çantaları götürüb maşına mindilər amma qızı Betsy atasına nə qədər yalvarsa da o, evin kiçik üzvü olan bir gözü mavi digər gözü isə qırmızı olan Spoke`ni ( ev iti idi ) götürmədi. Hərşey yolunda idi və getməyə başladılar. Ancaq qız xoşbəxt deyildi atasından küsmüşdü. Radioda qəza hadisələri haqqında məlumat verilirdi. Və təsadüfən aparıcı sonrakı qəza hadisəsinin New York və Pennsylvania arasındakı yolda baş verəcəyini dedi. Hansı ki onlarda bu yol ilə gedirdilər. Bu xəbəri eşitdikdən sonra radionu söndürdü. Həkim Watson`un anası və atası Pennsylvania`da olduqları üçün ayda bir dəfə ora gedirdi. Həkim Watson hər gecə xəstəxanada işləyir və gündüzlər yatırdı. Səhər saat 7-də evdən çıxdıqları üçün yorğun olmasına baxmayaraq axşama kimi ora çatmalı idi. Yol boş idi. İstər – istəməz gözləri qapanmağa başlamışdı, bir neçə dəqiqə sonra qapandı. Gözlərini açdığı zaman xəstəxana otağında idi. Həkimlərin verdiyi məlumata əsasən, günorta saat 14 : 30-da Pennyslvania`ya gedən yolda çox ağır qəza keçirtmişdi. Özünün sağ qalmasına baxmayaraq ailəsi üçün artıq hərşey gec idi. Arvadı və 13 yaşlı qızı Betsy qəza zamanı ölmüşdülər. Qızının ondan küsməsini xatırladığı zaman intihar belə etmək istədi. Bu hadisələrdən sonra bir daha evlənmədi. 2 il xüsusi müalicə aldıqdan sonra hərşeyi geridə buraxaraq “Goodlife House”da işləməyə başlamışdı. Burada həyatı yaxşı idi. Hərgün insanların dərdlərinə qulaq asır və onlara məsləhətlər verirdi. Amma Lisa`nın digər qızlardan olan fərqli cəhəti isə həkim Watson`un 23 il əvvəl itirdiyi qızına çox bənzəməsi idi. Hətta onu öz qızı kimi sevirdi.
Lisa başını yuxarı və aşağı hərəkət etdirərək ona hə cavabını verdi.

“Lap yaxşı. İndi başına gələn hadisəni sakitcə mənə danış” dedi həkim Watson. Lisa suyu içdikdən sonra sakitləşib səhər başına gələn hadisəni həkimə olduğu kimi danışdı. 1 saatlıq söhbətdən sonra Lisa həkimə təşəkkür edərək otaqdan çıxdı və öz otağına qayıtdı. Otağına qalxarkən taxta pilləkənlərdən çıxan səs evdəkilərin oyanmasına səbəb olmuşdu.

“Bəlkə `O` otaqda deyil deyə öz özünə fikirləşdi amma xeyir `O` otaqda sakitcə Lisa`nı gözləyirdi.

“Nə oldu ? Həkimlə danışaraq rahatladın ?” sual verdi sakit tərzdə “O”.

“Sadəcə bir səbəb de. Niyə mən ? Dünyada milyonlarla insan ola - ola niyə mən ?” qəzəbli şəkildə soruşdu Lisa.
Və filmlərdə eşitdiyi cavabı eşitmək istədi “Zamanı gələndə biləcəksən” ancaq eşitdiyi cavab onu daha da həyəcanlandırdı.

“Artıq sənə danışmağın vaxtıdır.”


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
joker3@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0254 saniye