Lisa Alvarez`in qəribə hekayəsi (Bölüm 7)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 14:23 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

Səslər getdikcə düzəlməyə başlamışdı. Qız gözlərini aça bilməsə də hər şeyi eşidə bilirdi. Yanında kimsə danışırdı. Nə qədər çalışsa da yanındakının nə dediyini başa düşmədi. Fərqli bir dildə danışırdı.
“Naenerious d deid avatyar men. M deid boa.”
Bir az keçdikdən sonra sözləri başa düşməyə başladı.
“Naenerious sən onu bizə bağışla. Bizim ona ehtiyyacımız var.” və buna bənzər sözlər işlətməyə başladı. Amma qız nə gözlərini açdı nə də ki səs elədi. Ətraf səssiz olandan sonra gözlərini açdı.
Harada olduğunu, buraya necə gəldiyini bilmirdi sadəcə dünənki hadisələri xatırlayırdı. Gözlərini açaraq ətrafa baxdı. Rahat bi otaq idi. Otaqda yaşıl rəngə üstünlük verilmişdi. Hər tərəfə baxdı və pəncərəni görərək ora tərəf yeridi. Yeridiyi zaman fikir verdi, üstündə özünü öldürdüyü zaman geyindiyi ağ paltar var idi. Amma paltarın üzərində heçbir iz yox idi.
Görünür ölməmişdi. Yuxu idi yoxsa gerçək ? bildiyi tək şey Olneira`nın ona “özünü öldür” dedikdən sonra öldürməsi idi.
Pəncərəyə yaxınlaşmağa başladı. Pəncərənin pərdəsini çəkdikdən sonra gördüyü mənzərənin təsirindən çıxa bilmədi . Lisa hər tərəfin öz dünyasına bənzədiyini düşünürdü amma buranı gördükdən sonra fikrini dəyişdi. Hər tərəf qaranlıq və soyuq idi. Uzaqda gəmilərə yol göstərən mayakın qırmızı işığını gördü. Lisa mayakı ilk dəfə atası ilə dəniz qırağına balıq tutmağa getdiyi zaman görmüşdü. Cənab Alvarez bir balıq belə tuta bilməsə də qızı ilə xoş vaxt keçirtmişdi. Ömrünün ən gözəl günlərindən biri idi. Sonra ailəsi Lisa`nın problemli biri olduğunu anladıqdan sonra evdən çölə çıxmasına bir dəqiqəlik belə olsun icazə vermədilər. Həftədə sadəcə bir dəfə çıxa bilərdi. Həmin günləri xatırladıqca Lisa gözlərindən axan yaşın qarşısını ala bilmədi. Hər tərəf qaranlıq olduğundan dənizi görə bilməsə də dalğaların səsindən anladı ki, dəniz çoxda uzaqda deyil. Hava daha da soyumağa başladığı üçün otağa geri qayıtmağa məcbur oldu.
Arxasını dönən zaman qarşısına çıxan varlıq onun qorxmasına səbəb oldu. Hər tərəfi ağ tüklərlə örtülü olan, insanı qorxudan və bir o qədər də baxmağa cəlb edən mavi gözləri və təxminən bir metr boyu olan varlıq Lisa`nın qarşısında dayanmışdı. Lisa əlini uzadıb ona toxunmaq istədi amma o qorxaraq bir neçə addım geri çəkildi və danışmağa başladı.
“Sahib yuxudan oyanıb amma mənə xəbər verməyib. Olsun o sahibdi və istədiyini edə bilər. Əgər sizi qorxutdumsa üzr istəyirəm sahib. Bunun üçün özümə cəza verməliyəm.” deyib qapıya tərəf gedərkən Lisa tez qapının qarşısına keçdi.
“Yox. Yox narahat olma. Sadəcə qəflətən geriyə dönən zaman qarşımda səni gördüm ona görədə qorxdum. Əslində mən üzr istəyirəm. Çünki, bugünə qədər sənin kimi birini heçvaxt…” davam eləmədi qarşısındakının qəlbinə dəyə bilərdi.
Ayaq üstə çox qala bilməyəcəyini və başının ağrıdığını hiss edərək, çarpayıya tərəf uzanmağa getdi.
Hər tərəfi ağ tüklərlə örtülü olan varlıq stolun üstündən qara rəngli dərmanı götürərək Lisa`ya tərəf yeridi.
“Buyurun sahib bunu için. Bu dərman sizi çox qısa müddətdə sağaldacaq” sonra stolun üstündəki qalın kitabların altından yaşıl rəngli məktubu çıxardıb qıza uzatdı. “ Özünüzü daha yaxşı hiss etdiyiniz zaman bu məktubu oxuyarsınız.” deyərək otaqdan çıxdı.
Əlinə aldığı məktub biraz ağır idi. Lisa dərmanı içdikdən sonra səbr edə bilməyərək məktubu açdı və oxumağa başladı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+22=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
joker3@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.022 saniye