Bölüm 9
“Xəbərin var ? Yeni Olneira gəlib” qurd nəslinin Gravis ailəsindən olan Caelius, əlindəki əti əsəblə stolun üstünə atdı. Qara rəngli gözləri ilə qohumu Nervia`ya baxaraq. Nervia həyəcanlandı.
“Həqiqətən ? Yalan demirsən ?” ətin üstünü təmizləyib odun içinə atdı. Havanın çox soyuq olmasına baxmayaraq, tikdikləri ev onları soyuqdan qoruyurdu.
“ Hamı haradadır ?” Caelius evin digər üzvlərini nəzərə alaraq.
Gravis ailəsi qurd soyunun ən istənmiyən ailəsi idi. İstənmədikləri qədər də ən güclü ailəsi. Gravis ailəsinin hər hansı bir üzvünü onun buğdayı tipindən, qara rəngli gözlərindən və qısa saçlarından tanımaq olardı.
“Bilmirəm, ova getdiklərini dedilər” cavab verdi Nervia. Caelius ailənin lideri idi. Və digər bütün ailələrin lideri olmaq istəyirdi. Atası öldükdən sonra özünü lider kimi görməyə başlamışdı.
“Hamısı bir yerdə ?” soruşdu Caelius şübhələnərək. Nervia`nın gözlərini qaçırdaraq təsdiqləməsindən içinə şübhə düşmüşdü. Odda yanan ətə baxdı. Bu günlərdə ət tapmaq o qədər də çətin deyildi. Tapa bilmədikləri vaxt meyvə ilə bir təhər dolanırdılar. Qohumu Nervia`nın oturduğu yerdə o tərəf bu tərəfə hərəkət etdiyini gördü.
“Nə soruşacaqsansa soruş !” Caelius qəzəblə dedi.
“Soruşacaqdım ki, Olneira həqiqətən bədən tapa bilib ?” soruşdu həyəcanla.
“Mən haradan bilim ? Onun xidmətçisiyəm ?” Nervia Caeliusun bu halına öyrəşmişdi.
“Bəs sən nə edəcəksən ?” Caelius lider ruhlu idi. İstədiyi tək şey öz ailəsinin və digər ailələrin lideri olmaq idi. Beləliklə öz nəslinin davamçısı ola bilərdi. Hamı onu tanıyacaqdı və önəmli biri olacaqdı.
İstədikləri zaman insan istədikləri zaman qurd ola bilirdilər. Uşaq vaxtı özlərini idarə eliyə bilmirdilər.Yəni, özləri istəmədən qurda çevrilirdilər.
“Bilmirəm. Çox danışma və get digərlərini tap.” Caelius öz payını yeməyə başladı. Doymamışdı amma ən azından özünü 2 gün idarə eliyə biləcəkdi. Evin bir tərəfinə stol qoymuşdular. Ailə hər zaman onun ətrafında toplanır dua edirdilər dünyalı insanlar kimi. Evin küncündə ocaq var idi. Düzdür evi çox isitmirdi amma çoxda soyuq etmirdi. Digər boş yerlər yataqlarla dolu idi. Səkkiz nəfər rahat yata bilərdi.
Gravis ailəsi yeddi nəfərdən ibarət idi. Caelius Gravis – ən ağıllı və lider idi. Caelius`un bacısı Laurens və onun əri Severus var idi. Uşaqları Larris. Çox pozitiv və dəcəl idi. 3 yaşı var idi və dayısı Caelius`u çox istəyirdi. Əgər Larris olmasaydı evdə pozitivlik olmazdı. Və Aries var idi. Caelius`un 17 yaşlı qardaşı. Çox tənbəl idi. Ova getmir evdə yatıb qalırdı. Məşğul olduğu tək şey od qalamaq və Larris ilə oynamaq idi. Qohumu Nervia. Çox hiyləgər biri idi. Caelius`un ondan heç xoşu gəlmirdi. Nervia`nın anası Salisa. Evdə yemək işlərinə o baxırdı.
Hamı Caelius`un gətirdiyi ətləri yeyirdi. Əgər şansları olsa quş əti gətirdiyi günlər olurdu. Bu da ailə üçün xoşbəxt günlərdən biri idi.
Bir az keçdikdən sonra qapı açıldı. Laurens, Severus və Larris içəri girdilər. Caelius tez uşağı qucağına alaraq.
“Ağlamadı ? Tez cavab ver ağlamadı ?” bacısından belə daha çox istəyirdi Larris`i. Üzündən öpərək yerə qoydu uşağı.
“Yox ağlamadı. Narahat olma” dedi Laurens əlindəki faydalı otları Salisa`ya verərək .
“Stolda yemək var. Götürün biraz yeyin. Ovdan əliboş gəlsənizdə yorğun olduğunuz bilinir” Severus və Laurens`in gözlərinə baxaraq dedi.
“Mən gedirəm biraz hava alım” deyərək həmişə yanında gəzdirdiyi oxu belinə atıb meşəyə doğru getdi. Təhlükə vaxtı qurda dönməsinə baxmayaraq oxunu hər ehtimala qarşı yanında aparardı. Meşəni daha çox sevirdi. Gününün çox hissəsi yaşıl rəngli yarpaqlı ağacların arasında keçirdi.
Bir ağacın dibində oturdu. Ətraf çox səssiz idi. Belə bir səssizlikdə Caelius gözlərinin qapanmasının qarşısını ala bilmədi. Birdən səs eşitdi. Tez belindəki oxu çıxardıb hazır vəziyyətdə gözlədi. Bir neçə dəqiqə keçdikdən sonra səsin gəldiyi tərəfə getdi.
Bir az getdikdən sonra heç kimi görməyib geri qayıtmaq istəyərkən qarşısında bir qız gördü və soruşdu.
“Sən kimsən ?”