Lisa Bu: Kitablar zehininizi necə açar? (TED talks)
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 00:57 10 noyabr 2015 tarixində əlavə olunmuşdur

Lisa Bu: Kitablar zehininizi necə açar?

Bu gün Lisa Bu'nun "How book can open your mind" videosunu izlədim. Lisa Bu çıxışında "Uşaqlığınızdan bəri qurduğunuz bir xəyal gerçəkləşməzsə nə olar?" sualının cavabını verir. Uşaqkən bir opera sənətçisi olmaq istəyir. Ancaq ailəsi uşağının yaxşılığını istəyən hər bir valideyn kimi onun mühəndis olub, yaxşı bir maaşla yaxşı bir həyat yaşamağını istəyir. Xəyalına qovuşa bilməyən Lisa Bu özü üçün çıxış yolu axtararkən ümidinin, ən azından ikinci sinif bir xoşbəxtlik sahibi ola bilmək olduğunu söyləyir. Nə qədər də kədərli bir ifadə deyil mi? İkinci sinif xoşbəxtlik ... Lisa bunun ədalətli olmadığını düşünüb, həqiqətən sevə biləcəyi bir şey tapmaq axtarışına başlayır. Özünə yol göstərəcək kimsəsi olmadığından özünə rəhbər olaraq kitabları seçir.

Oxuduğu hər kitabla əskikliyini hiss etdiyi parçaları tamamlayır. Həyatda nə etmək istədiyinə və kim olmaq istədiyinə dair fikirləri kitabların köməyi ilə dəqiqləşdirir. Kitablarda oxuduqları sayəsində xaricdə təhsil alma xəyalları qurur və ABŞ səfərindən sonra həyata baxış bucağı tamamilə dəyişir. Oxuduğu kitablardan sonra əhəmiyyətli olan ailəsinin şərəfini yüksəltməkdir deyə düşünüb, özünü günahlandırmaqdan vazkeçir.

Kaş ki, hər kəs onun kimi əsl əhəmiyyətli olanın bu olduğuna qərar verib, öz istədiyi yol ilə getmə cəsarətinə sahib ola bilsə. Bu gün ölkəmizdə ailələr uşaqları üçün ən yaxşısı olduğunu düşündükləri mövzularda israr edib, uşağının istəklərini görməməzlikdən gəlir. Uşaq ailəsini mutsuz etməmək üçün öz istəklərini heçə sayaraq istəksiz, bədbəxt bir həyat yaşamağa başlayır. Oxuma vərdişinin gedərək azaldığı bu dövrdə bu, ən aktual problem olaraq qalır. Bəzən isə yayılan texnologiya ilə içində olduqları vəziyyəti görməməzlikdən gələrək, virtual aləmdə yaşamağa başlayırlar.

Lisa Bu çıxışı ilə necə bir bədbəxtlik içində olmağımıza baxmayaraq, özümüzü yalnız hiss edib, vəziyyəti qəbul etmək yerinə, bizi əsla, tək buraxmayacaq kitablara sarılaraq yolumuzu təkrar tapa biləcəyimizi söyləyir.

Çıxışın tamamını dinləmək üçün videonu izləməyinizi təklif edir və Lisanın sözləri ilə yazımı bitirirəm: "Kitablar yanınızdan heç əskik olmasın".

Çevirdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0422 saniye