Bir insan etdiklərinin cəmidir.
Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan.
Biz danışırıq, eyni vaxtda dinləyirik. Biz dinləyirik, amma bu susmaq üçün deyil.
Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.
Bizim ən böyük xəstəliyimiz eqoizmimizdir.
Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir.
Eqoizmin gözü pərdəlidir.
Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər.
Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın.
Əməksiz qızıl ilə gümüş - sadəcə daşlar.
Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq.
"Gözə göz, dişə diş" düşüncəsi bütün dünyanı kor edəcək.
Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir.
Əvvəlcə sizi sanki görməzlər, sonra sizə gülərlər, sonra sizinlə mübarizə apararlar və sonda siz qələbə qazanarsınız.
İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki?!
Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur.
Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruluq olmaz.
Sadə yaşa ki, başqaları da var ola bilsin.
Sanitariya siyasi azadlıqdan daha vacibdir.
Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur.
Səhv etmə imkanı olmasa, azadlığın qiyməti də olmayacaq.
Sıxılmış yumruqlarla əl sıxa bilməzsiniz.
Tanrı dualarımızı bizə görə yox, öz üsuluna görə cavablar.
Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxşı söz tanımıram.
Yalançı lap axırda özünü aldadır.
Zəif insanlar bağışlaya bilməzlər. Bağışlamaq güclülərə xas bir xüsusiyyətdir.