Makswel rəqqası
Uraqan tərəfindən "Elmi məqalə" bolməsinə 23:56 15 aprel 2018 tarixində əlavə olunmuşdur

Maksvel Rəqqası

Sizcə Maksvel rəqqası bizlərə nə demək istəyir? Bunu bilmək üçün bu rəqqasın nə işə yaradığını öyrənək.

Makswel rəqqası Oxlarına sap bağlanmış diskdən ibarətdir. 

Bu cihazı düzəltmək üçün əvvəlcə diski ştativdən asırıq. Sapı oxa dolamaqla, diski yuxarı qaldırıb sərbəst buraxırıq və oxa bərkidilmiş disk fırlanmağa başlayır. Beləliklə, enerji dəyişməsi baş verir. Disk yuxarı qalxanda onun potensial enerjisi maksimum olur, kinetik enerjisi sıfra bərabər olur. Və əksinə, disk aşağı düşəndə kinetik enerjisi maksimum olur, potensial enerjisi sıfıra bərabər olur.

Nə deməkdir bu? Məktəbdə keçilən dərsləri boş verin. Potensial enerji hündürlükdür. Yəni diskin ən yüksəkdə durduğu an potensial enerjinin ən güclü olduğu andır. Diskin ən aşağı düşdüyü vəziyyəti isə kinetik enerjidir. Yəni ki, diskin ən güclü olduğu andır. İnsan da bu enerjiylə çalışır. Bəzən işlərimizdə uğursuzluqlar olur və biz düşə bildiyimizin ən aşağısına düşürük. Amma hər şeyin bir səbəbi vardır. Xatırlayırsınızsa gücün ən yüksək anı ən aşağıda durduğu andır dedik. Ən aşağıda nə qədər çox güc toplasaq potensial gücümüz də bir o qədər artar. Problemlərdən qaçmaq əvəzinə o problemlərin bizə yaratmış olduğu fürsətləri qiymətləndirə bilməliyik. Ona görə də makswel rəqqasının işləmə prinsipini yadınıza salın. Cismin kinetin enerjisi nə qədər çox olarsa potensial ernerji də bir o qədər artar.

İnsandan fərqli olaraq bu rəqqas dayanır. Cismə kənar qüvvə təsir etməzsə o gec tez dayanar. Amma öz kinetik enerjisini bir dəfə dərk etmiş insan heç bir zaman dayanmır. Çünki insanın özü də bir mexanizmdir və hərəkətə səbəb olur. İnsanın potensial enerjisi isə düşə bildiyi uğursuzluqlarda əldə etdiyi kinetik enerjisində gizlənir. Disk ortada olduqda isə, o, həm kinetik, həm də potensial enerjiyə malik olur.

Enerjinin saxlanma qanununu yalnızva Maksvel rəqqasına aid etmək olmaz. Ox atmaq üçün dartdığımız yayda da enerjinin saxlanması qanunu var. Yayı nə qədər güclü dartsaq potensial enerjimiz yəni oxumuz bir o qədər uzağa atılar. Rəqibə atdığımız yumruqda enerjinin saxlanması qanunu var. Yumruğumuzu geri çəkərkən kinetik enerjimiz, yəni gücümüz nə qədər çox olarsa, atdığımız yumruq yəni potensial enerjimiz də bir o qədər artar. Siz də fikirləşərək enerjinin saxlanma qanununun gündəlik həyatımızda hansı vəziyyətlərdə işə yaradığını görə bilərsiz. 

Makswel rəqqası isə enerjinin saxlanma qanununu izah edən ən primitiv cihazdır. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+22=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.027 saniye